Öz ətirini necə seçmək olar?

Bəziləri ömrü boyu ona sadiq qalır, bəziləri illərdir axtarıb tapmır, bəziləri isə hər əhval-ruhiyyəyə görə bir neçəsinin olmasının tərəfadarıdır. Bəs öz ideal ətirini necə təyin etmək olar - səni tanıdacaq xüsusi brend adı və stil elementini? Bütün təlimatları hazırlamışıq - ətrə görə axtar!

Addım 1: ətirin növü

Seçim rahatlığı üçün ətirlər əsas növlərə bölünür: çiçəkli, ağac, şərq, sitrus, dəniz, yaşıl, meyvəli. Hər növün adı kifayət qədər özünü tanıdır. Dəniz ətirləri - təravətli və yüngüldür, duzlu briz notları ilə. Yaşıl - yağışdan, gənc bitkilərdən və ya təzə biçilmiş otdan sonra meşə qoxusudur. Şərq ətirləri daha çox şirin, zəngin, ədviyyatlıdır. Belə sadə təsnifat müxtəlif kompozisiyaların içində özünüzü itirməməyə kömək edəcək.

Layfxak
Sevimli ətirin hansı növ olduğunu öyrən və eyni qrupdakı digər ətirlərə də nəzər sal.

 

Addım 2: olfaktor piramidası
Hər bir ətir daha üç komponent qrupuna bölünür, onların harmoniyası onun piramidasını və ya struktrunu yaradır. Musiqi parçası kimi ətir kompozisiyası da notlara əsaslanır.

Üst notlar ətirin ilk təəssüratını yaradır. Onlar ən yüngül olanlardır, dərhal açılır və ətiri çilədikdən sonra 5-15 dəqiqə ərzində qalırlar. Beləliklə, Eclat FemmeAmber Elixir ilə tanışlıq şirəli naringi ilə başlayacaq, Amber Elixir Crystal isə Baltik kəhrəbanın akkordu ilə təəccübləndirəcək.

Ürək notları ətirin əsasını, xarakterini təşkil edir. Üst notlardan sonra açılır və 1,5-4 saat hiss edilirlər. Bunlar əsasən çiçəkli, meyvəli, ağac notlarıdır. Beləliklə, Love Potion Midnight Wish-in ürəyində şirin qəhvə, Sublime Nature Tuberose-da isə - tuberoza durur.

Əsas notlar ətirin şleyfidir. Onlar kompozisiyanın son akkordunu yaradaraq sonda açılırlar. Baza olaraq çox vaxt müşk, kəhrəba, vanil istifadə olunur. Və ya, məsələn, paçuli - Possess parfüm suyunda kimi.

Layfxak
Flakona diqqət yetir, o, içindəkilər haqqında çox şey deyə bilər. Çiçəkli kompozisiyalar üçün çox vaxt çəhrayı rəng seçilir, qızılı çalardakı detallar dəbdəbəli, zəngin və premium ətirdən bəhs edir, yaşıl və mavi çalarlı lakonik flakonlar - birmənalı olaraq təravət və yüngüllük deməkdir.



Addım 3: ətirin konsentrasiyası
Parfüm etiketin müəyyən qaydaları var: məsələn, ofisdə və ya nəqliyyatda səyahət etməzdən əvvəl başqalarını narahat edə biləcəyi çox intensiv ətirləri istifadə etmək lazım deyil. İsti yay günü üçün daha yüngül ətiri və ya parfümlaşdırılmış sprey-dezodarantı seçmək daha yaxşıdır, qışda isə dolğun, isti və şirin ətirlər daha zərif şəkildə açılırlar. Ətirin konsentrasiya göstəricisinə diqqət yetir, o, səni istiqamətləndirməyə kömək edəcək. O, qalıcılığı yox, məhz kompozisiyanın səslənməsinin intensivliyini əks etdirir.

Layfxak
Ətirlə eyni seriyadan olan dezodorant spreyi və bədən kremini istifadə et - bu şəkildə qalıcılığı uzadacaqsan. Belə məhsullar yoxdursa, ətirsiz krem və dezodorant seç, beləliklə o, parfümla konfliktə girməyəcək.


Mətn: Şəkil: Giorgos Gerogiannis