Balansı necə tapmalı: sahibkarlara məsləhət

Onlar eyni vaxtda bir neçə işin öhdəsindən gələ bilirlər: uşaq tərbiyə edir, biznesi idarə edir, kariyera qurur və özləri barədə də unutmamağa çalışırlar. Bu dahi insanlar – sahibkarlardırlar. Onlara, balansı tapmağa və hayatı 100% yaşamağa nə kömək etdiyini öyrən.

1. İŞ BÖLGÜSÜ ET
Hətta biz özümüzü superqəhrəman hesab ediriksə də, yenə də hər şeyə yetişmək mümkün deyil. İş bölgüsü et- bu səni vaxtı keçmiş dedlaynlardan, stres və iş tükənmişliyindən və ya ev işlərinin yığılıb qalmasından qurtaracaqdır. Evdən başla: uşaqlara necə yemək hazırlamağı, yığışdırmağı və özbaşlarına necə oyanacaqlarını başa sal. İşdə isə vəzifələrinin  bir hissəsini əməkdaşlara təyin et. İnan ki, yeni vərdişlər yalnız və yalnız xeyirə doğru olacaq.

ÖRNƏK GÖTÜR
Serqey və Qalina Qaqloyevlər, fərdi sahibkarlar

“Biz artıq 18 ildir ki, birlikdəyik və bu vaxt ərzində 3 uşaq və ailə biznesi əldə etməyə nail olmuşuq. Bizim ailə vərdişimiz– hər cür həyati vəziyyətlərdə gülümsəmək, müzakirə edərək razılıq əldə etmək və anlatmağın nə qədər önəmli olduğuna dair şəxsən örnək olmaqdır. Boş vaxtları kitab oxumağa, ailə gəzintisinə, güzgü qarşısında sevimli musiqi sədaları altında rəqs etməyə və ya sadəcə olaraq sakitçilikdə istirahət etməyə həsr edərdik.”

2. 
KOMANDANI DƏSTƏKLƏ

Hər kəs yanıla bilər, bu normal haldır. Öyrənmək və böyümək səhvlərsiz mümkün deyil, ele məhz onlar bizi olduğumuz kimi edir. Komandaya öz qərarlarını qəbul etməyə və öz qərarlarına görə məsuliyyət daşımaqlarına icazə ver, hər zaman müsbət, həmçinin mənfi yöndə əks əlaqə qur və motivasiyanı saxlamağa kömək et.

ÖRNƏK GÖTÜR

Albina və İrek Hafizovlar, fərdi sahibkarlar

“Bizim dörd uşağımız var. Hər şeyi çatdırmaq mümkün deyil lakin balans tapmaq və düzgün prioritetləri təşkil etmək, yaxşı atmosfer və doğru mühit yaratmaq olar. Bizim ən sonuncu qururlana biləcəyimiz səbəb, uşaqlarımızın nailiyyətləri və sadiq biznes partnyorlarımızdır.”

3. PLANLAŞDIR VƏ REAL HƏDƏFLƏR QOY

Sən nəyə görə biznes qurursan? Səni hərəkət etməyə sövq edən səbəb nədir? Sənin həyatın bir ildən sonra necə görünəcəkdir? Bəs sənin komandan? Əgər ağlına cavab gec gəlirsə, bunlar barədə düşünməyə vaxt ayır. Real hədəflər qoysan nəticənin necə göründüyünü beləcə anlayarsan, bu hər kəs üçün daha rahat olacaq. 

Mətn: Şəkil: Oriflame