Sən yekun məqsədinin nə olduğunu dərk etdikdən sonra həmin məqsədinə yaxınlaşmaq üçün şüurlu şəkildə irəlilə. Məqsədi tam anladıqdan sonra ona dorğu hərəkət etmək daha asan olacaq.
2. ƏTRAFINI SEÇ
Ətrafını özündən daha uğurlu, lakin oxşar məqsədləri və həyata baxış bucağı olan insanlarla əhatə et. İlk əvvəl çətin olacaq, amma vaxt keçdikcə sən tez irəliləyəcəksən.
3. MÜQAYİSƏ ETMƏ
Sosial şəbəkələr uğura nail olmuş, gözəl görkəmli və xoşbəxt insanların fotoları ilə boldur. Onlara baxıb paxıllıq etməyin mənası yoxdur. Çünki, sən onların həyatının digər, görünməz tərəfini bilmirsən. Bundan başqa, hər kəsin öz sürəti var. Sənin avtomatik və tez bir zamanda gördüyün işə başqaları saatlarla vaxt ayırır. Fikrini öz üzərində topla.
4. SƏRBƏST OL VƏ DÜNYAYA TAMAŞA ET
“Gəminin yeri limandır. Amma o limanda qalmaq üçün tikilməyib.” - bu ifadə sənin şüarın olsun. Nəyə qadir olduğunu necə bilə bilərsən? Əlbəttə ki, səhvsiz olmayacaq, bu yolda səhv addımlarının olması normaldır. İnan ki, sən daha çoxuna qadirsən. Əslində nəyə qadir olduğumuzu çox zaman özümüz belə dərk etmirik. Amma biz həmişə özümüzü yeni bir işlə yoxlaya, sınaya bilərik. Məqsədə çatmanı bir oyuna çevir, sakitliyini itirmə və hadisələrin inkişafını öz gözünlə izlə. Tanıdığımız bütün uğur tarixçələrinin qəhramanları birdən uğura nail olmayıblar.
5. HƏYAT TƏCRÜBƏNİ DƏYƏRDƏN SALMA
İlk baxışdan keçmiş həyat təcrübəsini dəyərdən salaraq həyatını daha asanlıqla dəyişə biləcəyini düşünə bilərsən. Ancaq bunu etməyə dəyməz. Keçmiş həyat təcrübəni müsbət qəbul et, çünki o sənin gələcək dəyişikliklərin üçün özül və güc mənbəyidir. Özünə inan və bu yolda rastına çıxacaq bütün insanları və yaşayacağın bütün hadisələri daxili təşəkkür hissi ilə qəbul et.