Kosmetik qablaşdırmanı necə istifadə etmək olar

Kosmetik qablaşdırmanı təkrar necə istifadə edə biləcəyini və tullantıları necə azaltmağı öyrən.

Əsas məlumat: Kütləvi istehlakın real problemə çevrildiyi bir dünyada yaşadığımızı inkar etmək olmaz. Lakin insanlar vəziyyətin ciddiliyini dərk etməyə başlayırlar. Kosmetika istehsalçıları məqsədyönlü şəkildə qablaşdırılması təkrar istifadə oluna biləcək məhsulu yaradırlar və ya onu elə gözəl edirlər ki, onu atmaq sadəcə mümkün olmasın.

Buna görə də əgər sən də bizim kimi boş şüşələrm və flakonlar kolleksiyasını yığırsansa - bu qeyri-adi layfxaklardan ilhamlan və tullantıların miqdarını azaltmaq üçün onları bir daha necə istifadə etməyi öyrən.

 

Signature ətirinin son damcısı {Signature for Her və Signature for Him ətirlərinə linki daxil etmək} boş flakonla ayrılmağın vaxtı gəldiyi demək deyil.  Fotoşəkillər üçün yaxşı düşünülmüş çıxarıla bilən çərçivəli qablaşdırma dizaynı ona ikinci həyatı bəxş etməyə imkan verir. Sadəcə ağac çərçivəni şüşədən ayır və onun içərisinə xatirə fotosunu yerləşdir. Ətraf mühitə qayğı göstər və interyerini gözəlləşdir!

Məsləhət

Biz bilirik ki, özün üçün Signature ətirini kəşf etməklə mütləq fotolar üçün çərçivələr kolleksiyasını yığmağa başlayacaqsan. Niyə onları bir-birinə yapışdırıb fotodivar yaratmayasan? Polaroid kompozisiya üslubunda şaquli və üfüqi formatları birləşdirməyə çalış və qoy həyatın ən əhəmiyyətli anlarını həmişə göz qabağında olsun!

 

SE ətirinin əfsanəvi flakonlarından ayrılmağın nə qədər çətin olduğunu başa düşürük. {SE Wild Hearts və SE Blazing Warmth parfüm sularına linki daxil etmək} Onları quru güllər və ya kiçik güllər üçün güldan kimi istifadə etsən onlardan zövq almağa davam edə bilərsən. Onlar sənin masanı bəzəyəcək və sevimli ətiri xatırladacaqlar. Pulverizatoru flakondan sadəcə çıxarmaq olar, və güldan hazırdır.

Məsləhət

Flakonun qapağını atma. Ondan orijinal press-papye və ya çarpayı yanındakakı dolabçanın qapısı üçün möhtəşəm dəstə etmək olar.

 

Əgər sən daim saç rezinləri və sancaqları üçün yer axtaran adamsansa əlini qaldır. Səni başa düşürük. Bu faydasız axtarışların keçmişdə qalmasına imkan ver. Bədən kreminin boş qablarını rahat konteynerlərə çevir {Bədən kremlərinin bütün kateqoriyasına və Divine Exclusive bədən kreminə linki daxil etmək}. Onlar müxtəlif saç aksesuarlarını saxlamaq üçün kifayət qədər böyükdür, bundan əlavə, müxtəlif rənglərdən istifadə edərək kolleksiyanı yığa bilərsən. Vanna optağında səliqəli dolablar, səliqəli şəkildə yığılmış saç rezinləri və sancaqları bıçaqlar və birdəfəlik qablaşdırmaya sarsıdıcı zərbə - bu, əla seçimdir.

Məsləhət

Kremi tam istifadə etdikdən sonra şüşəni yu və etiketi qab yumaq üçün vasitə ilə isti su ilə yu. Əgər etiket yuyulmursa dırnaq boyası çıxartmaq üçün mayedən istifadə et. O, yapışqanın qalıqlarını da çıxarmağa kömək edəcək.

Mətn: