Növbətini dəvət edin: 2023-cü ili 2022-ci illə müqayisədə daha yaxşı necə etmək olar?

Pandemiya, məhdudiyyətlər, "evdən iş", dünyadakı gərgin vəziyyət – qeyri-sabit zamanda yaşamağa öyrəşəcəyikmi? Yeni il və milad bayramlarına qərq olmadan çıxmaq və gələn il sadəcə sağ qalmağa yox, yaşamağa davam etmək üçün ən yaxşı vaxtdır.

Sizin şəxsi 2023-cü ilinizin 2022-ci ildən daha yaxşı olması üçün, sizə həyat paradiqmasını tamamilə dəyişdirməyə ehtiyac olmayacaq. Bir neçə sadə hərəkət dünyanı düzəltməyə və qol uzunluğunda əlverişli atmosfer yaratmağa kömək edəcək (bəli, bundan başlayaq), hədəflərin yenidən anlaşılan olması və əldə edilə bilməsi, xəyalların isə gerçəkləşməyə davam etməsi üçün.

Stressdən qaçınırıq

Demək etməkdən asandır, amma cəhd etməyə dəyər. Çalışın izləyin sizdə neqativ emosiyanı yaradır, neqativ emosiyanı yaradana siz necə reaksiya göstərirsiniz, və sizə sakitləşməyə kömək edir. İki və ya üç sadə antistress təcrübələrini (nəfəs alma, meditasiyanın əsasları, özünü masaj etmək, aromaterapiya) sınayın və onları növbə ilə istifadə edin. Tədricən siz sadəcə olaraq stressdən qurtulmağı öyrənməyəcəksiniz, həmdə onun qarşısını alacaqsınız

Ətrafı yoxlayaq

Əgər stressin mənbəyi - partnyorla, qohumlarla və ya dostlarla münasibətlərdirsə, bu halda nəfəs almaq və özünü massaj etmək kifayət etməyə bilər. Vacibdir ki, yox deməyi öyrənəsiniz və xoş olmayan görüşlərdən çıxıb gedəsiniz. Neqativə səbəb olan insanlarla əlaqəni məhdudlaşdırın və ya münasibətlərdə fasilə verin.  Sizə həqiqətən yaxın və əziz olanlarla daha çox vaxt keçirin!

"Ev/iş" balansını axtarırıq

Məmnuniyyətlə - işə getmək, məmnuniyyətlə - işdən gəlmək.  Qızıl formul məhz belə görünür. Yeni maraqlı layihəni bitirmək üçün “zəngdən sonra” qalmaq -normaldır. Bağçada səhər şənliyinə görə işə gec gəlmək də - normaldır. Mükəmməl tarazlığı qorumaq üçün həmişə iş gününüzü və asudə vaxtınızı yaxınlarınızla planlaşdırın.

Vərdişləri düzəldirik

Daha az zərərli yemək, daha çox hərəkət! Rasionda və gün rejimində bir az düzəlişlə başlayın, blokdakı lifti və vazadakı şirniyyatları unudun, daha tez-tez gəzintiyə çıxın və serialın qabağında çox vaxt keçirməyin. Hər şeyi bir anda dəyişmək çətindir? - Hansısa bir şeydən başlayın və hətta kiçik bir irəliləyişə görə ürəkdən sevinin.

(Öz) pullarımızı hesablayırıq

Əgər sizin şəxsi mühasibat uçotunuzda debet və kredit tez-tez uyğun gəlmirsə, və pul haqqında düşüncələr yalnız baş ağrısına səbəb olursa, mütəxəssislərin məsləhətinə qulaq asın. Maliyyə savadlılığı kursu üçün qeydiyyatdan keçin, büdcə planlaşdırma proqramını yükləyin və gəlir səviyyənizdən asılı olmayaraq özünüzü pul məsələlərində daha əmin hiss edin.

Evi bəzəyirik

Rahatlıq yaratmaq - antistress təcrübəsi deyilmi?  Daimi tələskənlikdən və gündəlik işlərdən yaıyının - evinizin interyerini yeniləyin.  Divan yastıqlarını və ya pərdələri dəyişin, evi şamlar və maraqlı ailə fotoşəkilləri ilə bəzəyin, milad ağacını bəzəyin, bayram və yaxşı əhval-ruhiyyə mühitini yaradın.

Özümüzü sevirik

Gözəllik ritualı - özünü şahzadə kimi hiss etmək, öz gözəlliyini və gəncliyi uzatmaq üçün effektiv üsuldur. Sevimli kremlə dəriyə qulluq, ev spası, ətirli vanna, üz və ya saç üçün maska, yeni makiyaj çox vaxt aparmayacaq, ancaq özünə qulluq etmək vərdişi yaradacaq. Hər gün daha çox xoş dəqiqələr = daha az stress

Planeti qoruyuruq

Planetin sağlamlığı üçün məsuliyyət hissi çiyninizdə ağır yükdür? Yaxşı xəbər var: Yer kürəsinin milyonlarla sakinlərinə də “məsuliyyət” hiss edirlər, ona görə də yük milyonlarla dəfə yüngüldür! Tullantıların çeşidlənməsi, təkrar emal edilmiş plastik butulkalar, refillər, bioloji parçalana bilən formulalar - hər şey artıq icad edilib və işləyir. "Ekoloji" düşüncə və davamlı həyat tərzi isə sabitlik hissi yaradır (və bizə də məhz elə bu lazımdır!).

Yaxşılıq edirik

Biz artıq danışmışdıq ki, yaxşı əməllər “xoşbəxtlik hormonlarını” necə aktivləşdirdirir. Qısa desək: araşdırmalar göstərir ki, başqaları üçün yaxşı işlər görməklə biz öz emosional və fiziki sağlamlığımızı yaxşılaşdırırıq. Könüllülük, yaşlı qonşuya kömək etmək, uşaq evindən bir uşağa yeni il hədiyyəsi etmək, xeyriyyə fonduna ianə etmək - bu gün hansı yaxşı işi görəcəyinizə özünüz qərar verin.

Özümüzə inanırıq

Uğurlu, pozitiv, ahəngdar yeni il arzuları açıqcalarda qala bilər və ya gerçəkləşə bilər. Biz sizə kömək etmək üçün yoxlama siyahısı hazırlamışıq: onu vacib işlər siyahısı kimi yox, müsbətə doğru yönəlmə ilə sadə xatırlatma kimi qəbul edin. Əgər siz özünüzü ən yaxşı şeylərə kökləsəniz və özünüzə inansanız, 2023-cü il həqiqətən də 2022-dən daha yaxşı olacaq. Yeni xoşbəxtliklə!

Çek-list 2023

 

Mətn: