1. PLAN TƏRTİB ET
Lazım olanın hamısını yaddaşda saxlamaq çətindir. Öz planlarını kağıza və ya onlayn-planlayıcıda qeyd et. Birincisi, beynindəki artıq yükdən azad olarsan. İkincisi, sənə həqiqətən lazım olan planları önə çəkərsən. Üçüncüsü isə dedlaynlara aydınlıq gətirərsən.
2. QƏLİZLƏŞDİRMƏ
Həyatına gətirdiyinn dəyişikliklər kiçik olmalıdır. Belə olarsa, tədricən sən çox böyük dəyişiklərə nail ola bilərsən. Yerinə yetirə biləyəciyindən artığını söz vermə. Öz gücünü düzgün qiymətləndir. Gücünə qənaət et. O, sənə çox lazım olacaq.
3. NEQATİVDƏN UZAQ OL
İnsanların heç də hamısı sənin qərarlarına dəstək vermək üçün yaranmayıb. Bu, təbiidir. Hərənin öz fikri var. Sənin fikrin onlarınkılarla üst-üstə düşməyə bilər. Başqalarının sənin arzu-istəklərinə müdaxilə etməsinə, sənin yolunda durmasına imkan vermə. Bu həyat sənindir.
4.DİQQƏTİNİ VACIB OLANLARA CƏMLƏŞDİR
Nə istədiyini dərk etdikdən sonra öz istəklərinə doğru get. Özünü dayandırmağa imkan vermə və başqalarının istəklərini özününkü hesab etmə. Əks halda sən başqasının həyatını yaşayarsan.
5. ÖZÜNÜ TƏRİFLƏ
Həyatını gözəlləşdirmək üçün nailiyyətlərini nəyin bahasına əldə etdiyini unutma. Əldə etdiklərini qiymətdən salma! Bu, uğurun əsasıdır. Nailiyyətlərinə güvən! Hər qələbəni bayram et! Biz səni dəstəkləyirik.