Brilyant üçlük

Semaşko, Kirdyanova və Besçetverteva – bu möhtəşəm üçlüyün hər bir üzvü 2017-ci ildə Brilyant Direktor rütbəsinə yüksəlmişdir. Biz Svetlana, Anna və Natalya ilə Orflame şirkətinin Moskvadakı ofisində görüşüb, yeni rütbəyə aparan yol, yeni məsləhətçilərlə işin aparılması və stereotiplər barədə söhbət apardıq.


Oriflamedə çalışdığımız müddət az deyil. Brilyant Direktor rütbəsinə çatmağa sizə kömək edən nə oldu?

Natalya Besçetverteva: Birincisi, bu qərar sənin başında olmalıdır. Bu çox vacibdir. Hər şey bundan başlayır. Daha sonra gündəlik planlaşdırma və yeni məsləhətçilərin işə cəlb edilməsi. Zaman keçdikcə sən nəticə əldə edirsən.

Natalya Besçetverteva: Əvvəlcə insan həyatda nədənsə narazı olur. Daha sonra o, həyatında dəyişiklik etmək qərarına gəlir. Arzu və məqsəd – uğura aparan qüvvədir.

Svetlana Semaşko: Məndə hər şey sadə baş verib. Yeni məsləhətçilərin işə cəlb edilməsi mənə çox köməklik edib. Əvvəl mən bunu çox gec-gec edirdim. Lakin indi bunu hər gün edirəm.

 

Sizin 24 saat işləməyinizə yaxınlarınızın münasibəti necədir? 

Anna Kirdayanova: Mən işləməyi hər zaman Svetadan öyrənmişəm. Dava-dalaş salmaq lazım deyil, bir-birinizlə sözləşib, ortaq məxrəcə gəlməyi bacarmalısınız. Həyat yoldaşına hər şeyi başa salmalısan, ona bunu nə üçün etdiyini və nəticədə nə əldə edəcəyini izah et. Həyat yoldaşım deyinməməyimdən və ondan diqqət tələb etməməyimdən məmnun idi. Anam həmişə yanımda olub (Natalya Besçetverteva – redaktorun qeydi). Oriflamedə qazanc, səyahətlər və s. var. Həyat yoldaşımın etdiklərimə inanıb-inanmaması haqqında heç nə söyləyə bilmərəm. Güman edirəm ki, o, mənim uğur qazanacağıma inanmırdı. İlk dəfə qazanc əldə etdikdən və səyahətə getdikdən sonra hər şey dəyişdi. Kişiləri düşüncəsi bizimkindən fərqlidir, nəticəni görməsələr, inanmazlar.

Svetlana Semaşko: Ailə vaxtının işə həsr olunması yaxınlarınızın xoşuna gəlməyəcək. Bunu kompensasiya etmək, buna şirinlik qatmaq lazımdır. Şirin dilini işə sal! Nəvazişli danış! Belə yanaşma istənilən problemi həll edir: həyat yoldaşınla, işə cəlb etməklə, yeni məsləhətçiyə yol göstərməklə bağlı problemləri.

Yeni məsləhətçilərlə necə işləyirsiniz? Oriflameyə qoşulmağın düzgünlüyünə inandırırsınız yoxsa yox? 

Svetlana Semaşko: İnandırmırıq. Biz öz işimizi etirazlar üzərində qururuq. "Bu mənlik deyil" ifadəsi çox yayılmışdır. Bu sözləri söyləyən insan onlara daha dərin məna verir. Bəs nədir sənlik? "Mən heç nə sata bilmirəm"- deyirlər. Biz də çoxdandır heç nə satmırıq. Daha sonra “Bu mənlik deyil” kəlməsini hissələrə ayırırsan.

Anna Kirdayanova: İnsanın deməyə sözü olmayanda o, ümumi ifadələrdən yapışır. Axı o, söylədiklərimə cavab verməlidir. Məhz buna görə də o, "Bu mənlik deyil" kəlməsini deyir.

Natalya Besçetverteva: Bu, məlumatın çatışmazlığından irəli gəlir. Kataloqları göstərmək lazımdır.

Yaz kampaniyasında biz stereotiplərdən, xüsusi ilə də yaşdan danışırıq. Oriflamedə işləmək haqqında stereotiplər olubmu? Əvvəllər düşündüklərinizin hansı öz təsdiqini tapmışdır?

Anna Kirdyanova: Etirazlarla qarşılaşan yeni məsləhətçiləri çox yaxşı başa düşürəm. Mən bunun nümunəsiyəm. Oriflamedən kosmetik vasitələr alacağımı heç zaman düşünməzdim. Nə danışırsınız, Oriflame nədir! Mən ali təhsilliyəm. Mən hara, Oriflame hara!"
Svetlana Semaşko: Düşünürdüm ki, Brilyant Direktor olmaq çox çətindir. Lakin burada mürəkkəb heç nə yoxdur. Brilyant Direktor olmaq üçün sadə əməllər sisteminə riayət etmək lazımdır.
Natalya Besçetverteva: Bəzən insanlar şirkətə qoşularkən şirkət haqqına heç bir şəxsi düşüncəyə malik olmurlar. Bəziləri isə başqalarının düşüncələrini mənimsəyirlər. Mən şirkətə gəldim, məhsullar haqqında daha çox öyrəndim və bu şirkət mənim həqiqətən xoşuma gəldi. Sponsorla tanış oldum, əla kollektivdir, yaxşı insanlardır!

Bəs məhsullar haqqında hansı stereotiplər var?

Svetlana Semaşko: Bura gələndə əmin idim ki, dəriyə qulluq vasitələrini almayacam. Alsam ancaq bədən və ayaqlar üçün alaram. Lakin məhsullar haqqında daha çox öyrənib, sınaqdan keçirəndə bütün stereotiplər yox olur.
Anna Kirdyanova: Özüm özümə söz vermişdim ki, tualet suyu və şampun almayacam. Amma məhsulların keyfiyyətini gördükdən sonra sözümün üstündə dura bilmədim?

Biznes-məqsədləriniz ailə-məqsədlərinizə uyğun gəlirmi?

Natalya Besçetverteva: Məncə çox uyğun gəlir. Oriflamedə biz ailə dəyərlərini, azadlıq və işgüzarlığı təbliğ edirik. Sən bütün gün işdə olmaq məcburiyyətində deyilsən. Sən öz ailənlə birlikdə ola bilərsən, övladlarının necə böyüdüyünü görə bilərsən.
Anna Kidryanova: Daima işləmək mümkün deyil. Ailə haqqında da düşünmək lazımdır.
Svetlana Semaşko: Ailəni unutsan, gördüyün iş heç bir müsbət nəticə verməz. Harmoniyanın olması vacibdir.
Anna Kirydyanova: Biznesimiz ailəvidir, bir-birimizə dəstək veririk.

Başlanğıcda özünüzlə birinci rütbə arasındakı fərqi böyükmü görürdünüz

Anna Kirdyanova: Sistem üzrə hərəkət etsən, sponsorunuzun hər zaman yanınızda olduğunu və hər şeyin addımbaaddım irəli getdiyini hiss edərsən.
Svetlana Semaşko: Biznesimiz oyun kimidir.
Natalya Besçetverteva: Muzdlu işdə çalışanda hər zaman yatmaq istəyirdim. Səhərlər yuxudan oyana bilmirdim, axşamlar isə bərk yorulurdum. Qısa müddətdə həyatımı dəyişə biləcəyimi başa düşəndə, məndə enerji yarandı. Mən sutkalarla yatmamağı bacardım, səfərlərə çıxırdım, söhbətlər aparırdım.
Anna Kirdyanova: Enerji enerjini yaradır. Sən birinci addımı atırsan, sonra isə hər şey özü alınır. Bu heç də çətin və qorxulu deyil.

Mətn: Şəkil: Oriflame