Doğulduqdan gənclik dövrünə qədər olan dövr uşaqlıq adlanır. Əlahəzrətlərinin fikrincə, inkişaflarının ən vacib bu dövründə uşaqlar ən çox nəyə ehtiyac duyurlar?
Yemək və başlarının üstündə damdan çox uşaqlara sevgi, qayğı və qeyri-stabillik qorxusu və hissi olmadan böyümək imkanı lazımdır. Çox təəssüf ki, dünyada minlərlə uşaqlar qəddar rəftar və istismara məruz qalırlar, buna görə də onlar uşaqlıqlarını təhlükəsiz və xoşbəxt adlandıra bilmirlər.
Ümumdünya Uşaq Fondu bütün dünya üzrə uşaqların birinci növbəli bu tələbatlarını ödəməyə necə kömək edir?
Biz inanırıq ki, bütün uşaqlar sözün əsl mənasında uşaqlıqlarını yaşamaq: özlərini müdafiə olunmuş və xoşbəxt hiss etmək, oynamaq və nadinclik etmək, hər şeyə maraq göstərmək və həyatı dərk etmək hüququna malikdirlər. Ümumdünya Uşaq Fondu bütün dünya üzrə 100-dən artıq layihəni dəstəkləyir. Biz qəddar rəftarın qurbanı olan və ya ola biləcək uşaqlara, həmçinin çətin vəziyyətə düşmüş evsiz uşaq və ailələrə kömək edirik. Fondumuz yalnız maddi cəhətdən kömək etmir, həmçinin strateji vasitələrin istifadəsini tənzimləyir, əməkdaşlıq imkanlarını genişləndirir. Biz ehtiyacı olan uşaqlara kömək üzrə
partnyorluq, biliklərin ötürülməsi və xeyriyyə təşəbbüslərini dəstəkləyirik və işimizdə keyfiyyət effektivliyi və xərclərin səmərələşdirilməsi prinsiplərindən istifadə edirik.
Biz Orifleymdə uşaqları dəstəkləmək təşəbbüsünü dəstəkləyirik və düşünürük ki, bizim köməyimiz uşaqlara arzulamaq imkanı verir. Əlahəzrətlərin fikrincə, bu Ümumdünya Uşaq Fondunun fəaliyyətinə uyğundurmu?
Mən Orifleym Fondunun uşaqları dəstəkləmək işinə hörmətlə yanaşıram. Ümumdünya Uşaq Fondunun həmtəsisçilərindən biri olaraq Orifleym artıq 15 ildir ki, bizimlə əməkdaşlıq edir və bu müddət ərzində onlar təqribən 2 mln Avro toplayıblar. Orifleymin yeni təşəbbüsü uşaqlara xoşbəxt uşaqlıqlarını bəxş edərək onların arzularını gerçəkləşdirməyə kömək etmək kimi qəti niyyətlərinin olduğunu təsdiqləyir. Hər bir uşağın arzulamaq və arzularını gerçəkləşdirmək imkanı olmalıdır.
“Birlikdə biz hər körpənin öz uşaqlığı ilə bağlı xoşbəxt xatirələrinin olmasına nail olacağıq "
Əlahəzrətləri Ümumdünya Uşaq Fondunun gələcəyini necə görmək istərdi?
Mən ümid edirəm ki, biz bir təşkilat kimi inkişaf edəcəyik ki, bütün dünya üzrə daha çox uşaq dəstəyimizi ala bilsin. Təcavüz və istismara bütün dünya cəmiyyətlərində rast gəlinir. Mən əmin olmaq istərdim ki, hər bir yetkin insan uşaqların müdafiəyə ehtiyacları olduqlarını dərk edir və uşaqlara kömək edən təşkilatları dəstəkləmək imkanı tapır. Mən məhz buna görə "Ümumdünya Uşaq Fondu adından təşəkkürlər" kampaniyasına başladım - məqsədimiz insanalrın uşaqlıqlarının ən xoşbəxt anlarını xatırlayaraq, onlara bu anları yaşadanlara təşəkkürlərini bildirsinlər. Bizrlikdə biz hər körpənin öz uşaqlığı ilə bağlı xo.bəxt xatirələrinin olmasına nail olacağıq.
SEVGİ VƏDİ Şahzadələr kimi səxavətli və zərif çiçək notlarından ibarət dəstə uşaqların zərif qucağı və ürkək öpüşü kimi qəlbinizin ən incə tellərinə oxunacaq. Ağ zanbağın ətri ürəyində izini qoyacaq.
UŞAQLARA SEVGİNİ BƏXŞ ET Tenderly Promise tualet suyunu aldıqda sən sən xeyriyyə aksiyasının iştirakçısına çevrilərək uşaqlara kömək edirsən. |