История ритуалов красоты

Olduqca gözəl

Kosmetologiyanın tarixi müasir düşüncə üçün qəribə proseduralarla zəngindir və uzaq keçmişdə onların effektinə hər kəs inanırdı.

Sirli inqrediyent

Perqam həkimi Halenin bizim zəmanəyə qədər gəlib çatan əməyi sayəsində məlum olmuşdur ki, Erkən İmperiya dövrünün kübar Roma xanımları ekzotik vasitə - timsah ifrazatı ilə müalicəvi palçığın qarışığından ibarət vannalar nin köməyilə cavanlıq və gözəlliklərini qoruyub saxlayırdılar. hesab olunurdu ki, timsahın tullantıları yaşlanma proseslərini əhəmiyyətli dərəcədə ləngidə bilir. Bu "cavanlıq fəvvarələrinə" yalnız ali təbəqənin nümayəndələri bir neçə saatlıq qərq ola bilirdilər - madii imkanı olamayanlar isə yalnız bu inqrediyentlərdən ibarət üz maskaları ilə kifayətlənməli olurdular. 
Yaxşı ki, bu dövrlər artıq geridədir və sənin Üz üçün bərpaedici eliksir və "Zamana hakim" yaşəleyhinə gecə kremin vardır. 


Qan azlığı 
Многофункциональный ВВ-крем The ONEOrta əsrlərdə kilsələrdəki mələklərlə müqayisə olunacaq solğunluq dəbdə idi. yeni gözəllik etalonuna uyğun olmaq üçün gözəl xanımlar qanalmaya müraciət edərək 0,5 litr qan itirir və bəmbəyaz üz rəngi əldə edirdilər. Bu prosedura o qədər mə.hur idi ki, "Aylıq qanalma təqvimləri" buraxılır və burada fəsil və bürclərin müəyyən düzülüşü nəzərə alınırdı.   

O vaxtdan elm çox iri addımlarla irəliləyib, Çoxfunksiyalı The ONE BB-kremi kimi müasir BB kremlər bir məhsulda bərabər ton, sağlam üz rəngi, nəmlənmə, müdafiə və daha çox funksiyanı birləşdirir. 

 
Lazımsız tüklər 
Artıq tüklərdən azad olmaq, demək olar ki,  bütün mədəniyyətlərdə mövcud olub - epilyasiya haqqında ilk olaraq Qədim Misir, Mesopotamiya və Yunanıstan abidələrində xaırlanılır. Bizim dövrümüzə gəlib çatan ən qədim prosedurlardan biri tüklərdən ip vasitəsilə azad olmaqdır. Hələ qədim zamanlarda uzunluğu təxminən 50 sm olan qalın ipin köməyilə üz və bədəndəki tüklərdən azad olurdular. İndi bu ərəb ölkələri, Çin və Hindistanda hələ də effekti və nisbətən ağrısızlığına görə aktuallığını saxlayır.  


Аппарат для очищения кожи лица SkinProMikro-dünya
Platon və Aristotelin müasiri Hippokrat ilbiz seliyi, turş süd və mollyuskların xırdalanmış zirehi əsasında üz üçün iltihabəleyhinə mərhəminin yaradıcısıdır. İlbiz həmçinin səpki və kəsik, çapıqların müalicəsi üçün vasitə kimi istifadə olunurdu. Onların hialuron turşusu və zülallarla zəngin sekresiyaları hələ e.ə. IV əsrdə dəri problemləri ilə müv=barizə aparmağa kömək edirdi. İlbiz masajı indi də gözəllik sənayesində istifadə olunur, düzdü, daha çox Asiya ölkələrində istifadə olunur. 

Dərini təmizləmək üçün SkinPro apparatı  ilbizləri qorumağa və dərini effektli şəkildə təmizləməyə kömək edəcək. 

Alov, arxamca gəl
Ho Lyao (“odla müalicə”) Çində hələ qədim zamanlarda məşhurdur - hesa olunurdu ki, alov terapiyası qan dövranını yaxşılaşdırır, dərini elastik edir və qırışları hamarlayır. Nə vaxtsa bu prosedurdan yalnız ünsürlərin sehrinə bələd olan ustalar istifadə edirdilər, indi isə xalq təbabətinə üstünlük verənlərə bu prosedurları hətta adi spa salonlarında təklif edirlər. Spirt tərkibli məhsul və otlardan ibarət cövhəri parçaya vurur, kompres qismində üz və bədənə qoyur, yandırır, sonra isə sulu parça ilə tez söndürürlər.    

Keçmiş dövrlərin təcrübəsini nəzərdən keçirtdikdə müasir bazardakı kosmetik vasitələrin rəngarəngliyi fərəh hissi oyadır, onlar bizə qulluq üçün daha təhlükəsiz və ağrısız üsulların seçimi imkanını verir. 


Mətn: