Düzgün çalar üzünün tonunu vurğulayacaq, dodaqlarını düzgün şəkildə vurğulayacaq və tamamlanmış və şık görünüş yaratmağa kömək edəcək. Amma bu, o demək deyil ki, sənə yalnız bir şeylə kifayətlənmək lazımdır, – müxtəlif geyimlərə, müxtəlif mövsümlərə və vəziyyətlərə uyğunlaşan bir neçə maraqlı çaları seçmək olar. The ONE Colour Stylist Ultimate xətti - bu 10 trendli, "metalik" effektli yumşaq mat çalarlardır, onların içindən xoşuna gələni mütləq tapacaqsan!
SOYUQ ALT TONU
NECƏ MÜƏYYƏN ETMƏK OLAR: sənin mavi və ya bənövşəyi damarların var, dərin solğun və/və ya çəhrayı çalarlıdır.
SƏNƏ NƏ YARAŞACAQ: tozlu çəhrayı, fuksiyalı, albalı və gavalı çalarları.
BİZİM SEÇİMİMİZ: "ŞAXTALI YASƏMƏN" - incə romantik görünüş üçün, "MORUQ BUZU" - parlaq, təzə və gənc look üçün, "ALBALI SORBET" və "BURGUND POLADI" - zi̇yafət tədbirləri üçün dəbli və ifadəli çalarlar.
NEYTRAL ALT TONU
NECƏ MÜƏYYƏN ETMƏK OLAR: Əgər dərhal damarların çalarını müəyyən etmək çətindirsə, çox güman ki, sənin dərinin alt tonu məhz neytraldır. İşıqlandırma, günün vaxtı və mövsümündən asılı olaraq dəri ya istiyə, ya da soyuqa yaxın ola bilər.
SƏNƏ NƏ YARAŞACAQ: qırmızı-narıncı, zərif çəhrayı, mərcan və ya şaftalı çalarları. Qışda, dəri daha solğun olduqda, bütün soyuq çalarlar da sənə yaraşacaq, yayda isə - yüngül qaralma əmələ gələndə, isti çaları sınaqdan keçirə bilərsən.
BİZİM SEÇİMİMİZ: "PLATİN NÜD" - hər gün üçün elegant sakit çalar, "QIRMIZI MİS" - həssas və eyni zamanda nəcib ton, "PARLAQ ŞOKOLAD" - unudulmaz axşam üçün zəngin, lüks rəng.
İSTİ ALT TONU
NECƏ MÜƏYYƏN ETMƏK OLAR: sənin mavi-yaşıl damarların və sarı rəngə yaxın dəri çaların var.
SƏNƏ NƏ YARAŞACAQ: şirəli giləmeyvə, qırmızı və terrakota çalarları.
BİZİM SEÇİMİMİZ: "QIZIL METALİK" - həm iş görüşü, həm də şık tədbirə getmək üçün ideal seçimdir, "PARLAQ MƏRCAN" - silinməz təəssürat yaradan çalar, "TUNC TERRAKOTA" - dolğun rəng və parıltının birləşməsi.