Skip to main content Skip to main menu Axtarışa keçmək

Laboratoriyadan qablaşdırılmaya qədər

Dünya səviyyəli avadanlıq və ən yeni texnologiyalı laboratoriyalarımızda alimlər tədqiqatlar aparır və belə çox sevdiyin keyfiyyətli, innovativ məhsullar yaradırlar.


Ən yaxşı inqredientlərin axtarışı

Məhsullarımızın həyat dövranı Dəri Tədqiqatları İnstitutunda başlayır, burada təbii inqrediyentlər və bioaktiv bitki ekstraktlarını sınaqdan keçiririk və innovativ kosmetik texnologiyaları inkişaf etdiririk.

Məhsullarımızın əsasını keyfiyyətli xammal təşkil edir. Bitki kök hüceyrə texnologiyasına xüsusi diqqət yetiririk, çünki o, su və enerji istehlakını azaldır və pestisidlərin istifadəsini tələb etmir. Bunun sayəsində təbiətə zərər vermədən bitkilərdən faydalı maddələr çıxara bilərik.



Formulun yaradılması


Həqiqətən təsirli və istifadə üçün xoş olan məhsulları yaratmaq - alimlərin ekspertizası tələb olunan mürəkkəb bir prosesdir.

Tərkiblərimizə bir deyil, eyni anda bir neçə aktiv maddələr daxildir, bunların birgə işləməsi məhsulun effektivliyini artırır. Bundan əlavə, məhsullarımızın verdiyi vədləri nə qədər yerinə yetirdiyini həmişə yoxlayırıq - məsələn, premium NovAge dəriyə qulluq məhsullarımız ən sərt klinik sınaqlardan keçir.



Sınaqlar və qiymətləndirilmə 

Test və qiymətləndirmə məhsulun həyat dövranının ən vacib mərhələlərindən biridir. Test mərkəzimizdə könüllülərin dəri vəziyyətini təhlil edirik və klinik və istehlak testləri aparırıq. Onların necə fərqləndiyini bilirsənmi?

KLiniki sınaqlar

Klinik testlər nəticələrin etibarlı və obyektiv olmasını təmin edən mütəxəssislərin ciddi nəzarəti altında aparılır. Dərinin, saçın və kipriklərin müxtəlif xüsusiyyətlərini öyrənirik və məhsullarımızın qırışlara, məsamələrə, dəri rənginə, piqmentasiyaya və çoxlu başqa şeylərə necə təsir etdiyini ölçürük. Bundan əlavə, klinik tədqiqatları yalnız Avropada deyil, Asiyada da təşkil edirik, buna görə də harada yaşamağından asılı olmayaraq məhsullarımız dərinin tipinə, həyat tərzinə və ehtiyaclarına uyğunlaşdırılacaqdır.

 

İstehlakçı sınaqları 

Bir neçə gün və ya həftə ərzində məhsullarımızı evdə sınayan bir qrup könüllülər arasında istehlak testləri keçiririk. Daha sonra onlar suallara cavab verir və məhsulların üstünlükləri və effektivliyi haqqında subyektiv rəyləri paylaşırlar.

Sevdiyin kremləri yaradan alimlərlə tanış ol


 

Alimlərimiz haqqında daha çox məlumat əldə et