Əsas məzmuna keçin Əsas menyuya keçin Axtarışa keçmək

Məhsullarımızın arxasında dayanan alimlər

İnsanlar etdiyimiz hər şeyin mərkəzindədir. Alimlərimizin araşdırmalara və yeni kəşflərə olan həvəsi - ən sevdiyin məhsulları yaradan hərəkətverici qüvvə budur. Bizdə biotexnologiya, kimya, dəri biologiyası, toksikologiya və nutrisevtika daxil olmaqla bir çox elmi sahələr üzrə təcrübə və biliklərə sahib olan mütəxəssislər işləyir.

Onlardan bir neçəsi ilə tanış ol!


Ayliş
Burk
Elm və innovasiyalar üzrə Baş Direktor

Yeni bədən və saç baxımı məhsullarının, eyni zamanda ətirlərin müvəffəqiyyətinə görə cavabdehəm. Hər il yüzlərlə məhsul yaradırıq və fasiləsiz və səmərəli istehsaldan əmin olmalıyam. Bundan əlavə, mümkün qədər məhsuldar işlədiyimizdən əmin olmaq üçün biznes proseslərinə və keyfiyyətə nəzarət edirəm.

Nə ilə fəxr edirsən?

Fəxr edirəm ki, şirkətdə məni yaxşı nümunə hesab edirlər. Fəxr edirəm ki, dəriyə qulluq məhsullarının ilk sertifikatlaşmış təbii xəttinin işə salma layihəsini idarə etmişəm.

İşdə ən çox nəyi sevirsən?

Tədqiqat və inkişaf mərkəzlərində və xaricində müxtəlif insanlarla ünsiyyət qurmaq. Burada hər yeni gün əvvəlki kimi deyil. Çətin çağırışları qəbul edirik və birlikdə problemlərin həllini tapırıq.

Həyatda sənin üçün ən vacib olan nədir?

Dünyanı uşaqlarımız və onların uşaqları üçün daha yaxşı etmək, qlobal istiləşməyə və gəlirlərin ədalətsiz bölgüsünə diqqət yetirmək. İnanıram ki, birlikdə bütün bunlara təsir edə bilərik.

Səni nə ilhamlandırır?

Təbiət - günəşin çıxması və batmasının gözəlliyi, quşların ouması, göy qurşağı, qarla örtülü zirvələr, çiçəklərin parlaq rəngləri ... Bu siyahı sonsuzadək davam edə bilər.



Kapusina Martin-Fipps
Elm və innovasiyalar üzrə baş direktor

Komandam məhsullar haqqında necə danışacağımızı müəyyənləşdirir. Oriflame və məhsullarımızın elmi hekayəsini ən aydın şəkildə izah edirik. Tədqiqat və inkişaf Mərkəzinin müxtəlif bölmələri ilə işləyirik ki, məhsullarımız vədlərinə əməl etdiyindən əmin olaq.

Sən nə ilə fəxr edirsən?

Uzun və ağır iş və işlədiyim bütün on il ərzində içimdə sönməyən yeni kəşflər həvəsi nəticəsində qazandığım təcrübə ilə fəxr edirəm.

İşdə ən çox nəyi sevirsən?

Hər gün Oriflame-də müxtəlif komandalarla ünsiyyət qurmaq mənim kimi təbiətən hər şeylə maraqlanan insan üçün əvəzolunmaz təcrübədir! Hamımızın əla məhsullar yaradan böyük bir komandanın bir hissəsi olmağımız hissindən ilham alıram.

Niyə Oriflame-də işləyirsən?

Mən kosmetikanı çox sevirəm və Oriflame-də mənim həvəsim məsləhətçilərə və istehlakçılara fayda gətirə bilər.

Həyatda sənin üçün ən vacib olan nədir?

Balans hər şeyin açarıdır. Etdiyim işlər və bunu etdiyim insanlarla emosional əlaqə hiss etməliyəm. Beləcə həyatımı məna ilə doldururam.

 

Doktor Kormak Birn (elmlər namizədi)
Elm və innovasiyalar üzrə baş direktor

Wellness məhsullar kateqoriyasının araşdırma və inkişafına rəhbərlik edirəm. Əsas məqsədim istehlakçılarımızın həyatını daha sağlam və xoşbəxt edəcək yeni məhsullar icad etmək, yaratmaq və buraxmaqdır.

Nə ilə məşğul olmağı daha çox sevirsən?

2017-2018-ci illərdə Wellness məhsullar kateqoriyasının araşdırma və inkişafı laboratoriyasının yaradılması prosesində iştirak etməkdən məmnun idim.

İşində ən çox nəyi sevirsən?

İşlərim çox müxtəlif şaxəlidir və buna görə də maraqlıdır! Məhsullar və vəzifələr bir-birinə oxşamır. Oriflame-də hər gün nəsə dəyişir.

Niyə Oriflame-də işləyirsən?

Hesab edirəm ki, Oriflame-də gözəl insanlar işləyirlər! Şirkətin hansı bölməsinə baş çəkməyimdən asılı olmayaraq - Avropa, Hindistan, Çin - həmişə dostyana, yüksək peşəkar və öz işini sevən mütəxəssislərlə görüşürəm. Məhz onlar unikal korporativ mədəniyyətimizi yaradırlar.

Səni kim ilhamlandırır?

Mən yelkən idmanı və xaykinqlə məşğulam və sahil mühafizəsi, su və dağlarda xilasedici Kral cəmiyyətinin könüllülərindən - başqalarını xilas etmək üçün həyatlarını riskə atan adi insanlardan ilham alıram. 

 

Siril Messara
Ori-Derm Test mərkəzinin baş elmi işçisi

Məhsullarımızın tərkibinin nə qədər təsirli olduğunu yoxlayıram. Bundan əlavə, məhsullarımızı dünyanın müxtəlif yerlərindən olan istehlakçıların ehtiyaclarına uyğunlaşdırmaq üçün müxtəlif etnik qrupların insanların dəri xüsusiyyətlərini öyrənirəm.

Nə ilə fəxr edirsən?

İş təcrübəm əsasında elmi ictimaiyyət tərəfindən qiymətləndirilən bir neçə məqalə yazdığımla. Bu mənim işim üçün ən yaxşı mükafatdır!

Ən çox nəylə məğul olmağı sevirsən?

Çində geniş miqyaslı klinik sınaqları təşkil və koordinasiya etmək. Bu çox böyük bir işdir, amma bunu etmək maraqlı və xoşdur. Təhlil etmək çətin və çox maraqlı olan çox sayda məlumat topladıq.

Niyə Oriflame-də işləyirsən?

İşçilərin rifahı Oriflame-in əsas dəyərlərindən biridir. Bundan əlavə, hamımızın gündəlik həyatının bir hissəsi olan kosmetikanı istehsal etməklə öz vacibliyimi hiss edirəm.

Səni nə ilhamlandırır?

Səyahətlər və yad mədəniyyətlərlə tanışlıq. Uşaqlıqdan bəri bilirdim ki, məhz bununla məşğul olmaq istəyirəm və Oriflame şirkəti mənə bu imkanı verdi.

 

Emili Uilan
Elm və innovasiyalar üzrə baş direktor

Dekorativ kosmetikamızın tərkibinə elmi innovasiyalar daxil edirəm. Ən yeni texnologiyalarla işləmək və gələcəyin məhsullarını yaratmaq – məgər bu valeh edici deyilmi?

Nə ilə fəxr edirsən?

Oriflame-də qulluq formullu dekorativ kosmetikanı yaradan ilk kimyaçı oldum. Bunu ilk edənlərdən biri olduq və The ONE Everlasting Foundation tonal əsasımıza görə bir çox mükafat aldıq.

İndi nəyin üzərində işləyirsən?

Bizim missiyamız elmin kosmetika ilə əlaqəli hər şeyində ön sıralarda olmaqdır. İndi neyrokosmetika - dəri ilə beyin arasındakı əlaqə, qoxudan tutmuş görmə və dad duymaya qədər bir çox hissə təsir göstərə biləcək innovativ texnologiyaları öyrənirik.

Nə ilə məşğul olmağı daha şox sevirsən?

Mütəmadi olaraq dekorativ kosmetikada innovasiyalara dair vorkşoplar keçiririk və mənim üçün bu hər dəfə ilin hadisəsi olur! Məhz bu tədbirdə hər komanda üzvünün kreativliyi və həvəsi yeni səviyyəyə çatır.

Həyatda sənin üçün ən vacib olan nədir?

İnanıram ki, hamımız təkcə özümüz üçün deyil, həm də bu dünyaya, təbiətə və digər insanların həyatına təsir etmək üçün yaşayırıq.

 

 

Gabriela Zuanatsı
Elm və innovasiyalar üzrə baş direktor

Dəriyə qulluq məhsulları üçün yeni formullar yaradan kimyaçıyam. Effektiv və istifadəsi xoş olan məhsullar yaratmaq üçün inqrediyentləri birləşdirmək çox maraqlı bir işdir.

İndi nəyin üzərində işləyirsən?

Maksimum dərəcədə təbii tərkibli məhsullar hazırlayıram - uşaqlar üçün yeni xətt də daxil olmaqla.

Nə ilə məşğul olmağı daha şox sevirsən?

Müştərilərimizin nə istədiklərini anlamaq və onların ehtiyaclarını ödəyəcək və bütün dünyada milyonlarla insanın gündəlik həyatının bir hissəsi olacaq məhsullar yaratmaqla.

Niyə Oriflame-də işləyirsən?

Çox mədəniyyətli mühitdə işləməyi və təcrübəmi müxtəlif profilli mütəxəssislərlə bölüşməyi xoşlayıram.

Həyatda sənin üçün ən vacib olan nədir?

Mənim üçün sağlam və xoşbəxt bir həyatın sirri hər şeydə tarazlıqdır.

 

 

Doktor Garrett Morgan (elmlər namizədi)
Elm və innovasiyalar üzrə baş director

Mən bütün dünyada Oriflame məhsullarının təhlükəsizliyinə görə cavabdehəm və onların müxtəlif ölkələrin tələb və standartlarına cavab verib-verməməsini yoxlayıram.

Nə ilə fəxr edirsən?

Mən işə həvəsli olan təhlükəsizlik və qanun normativləri üzrə mütəxəssislər qrupunun bir hissəsi olmaqdan qürur duyuram.

İşdə ən çox nəyi sevirsən?

Xoşbəxtəm ki, hər gün dünyanın hər yerindən olan insanlarla işləyirəm və məhsullarımızın fərqli bazarların təhlükəsizlik tələblərinə necə cavab verdib-verməməsini yoxlayıram.

Niyə Oriflame-də işləyirsən?

Oriflame insanları birinci yerə qoyur və mənim üçün bu çox vacibdir – məhz buna görə artıq 15 ildir ki, burada işləyirəm.

Səni nə ilhamlandırır?

Qarşıma yeni məqsədlər qoymaq və heç vaxt öyrənməyi dayandırmamaq. Beləcə dəyərli bir şeylə məşğul olduğumu hiss edirəm.

 

Justin Drevet
Məhsul təhlükəsizliyi departamentinin baş toksikoloqu

Məhsullarımızın tərkibindəki bütün inqrediyentlərin, xüsusən də dəriyə qulluq məhsullarının təhlükəsizliyini qiymətləndirirəm.

İşdə ən çox nəyi sevirsən?

Hər gün yeni bir şey baş verir. Məhsulları başdan sona qədər tərtib etirik və hətta onlar bazara daxil olduqdan sonra da müştərilərin keyfiyyət və təhlükəsizlikdən ne dərəcədə məmnun olduqlarını yoxlayırıq.

Niyə Oriflame-də işləyirsən?

Oriflame bütün dünyaya açıq bir şirkətdir və mən müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanlarla işləməyi çox sevirəm. Ən çox dünyanın o tayından olan həmkarlarla görüşməyi xoşlayıram. Məsələn, 2019-cu ilin yanvarında Çinə səfər etdim və bu, çox maraqlı bir təcrübə oldu.

Həyatda sənin üçün ən vacib olan nədir?

Güvən, dostluq və zəhmətli işi qiymətləndirirəm. Yeni idman növləri sınamağı xoşlayıram - bu mökəmliyimi yoxlamağa kömək edir.

Səni kim ilhamlandırır?

Ağlıma dərhal Simona Veyl gəlir - Fransadan olan ictimai xadim, siyasətçi və qadın hüquqları müdafiəçisi.

 

 

Doktor İa Xmaladze (elmlər namizədi)
Elm və innovasiyalar üzrə baş direktor

Dəri Araşdırma Mərkəzində çalışıram və yeni aktiv inqrediyentlər üzərində araşdırma aparıram. Dərinin necə yaşlandığını yaxşı bilirəm və bu mənə dərinin qoruyucu funksiyalarını stimullaşdıran və yaşlanma prosesini yavaşlatan ən təsirli təbii inqrediyentləri tapmağa kömək edir.

Nə ilə fəxr edirsən?

Fəxr edirəm ki, əsas məqsədi hər yaşda dərinin gözəlliyi və gəncliyi üçün unikal məhsullar hazırlamaq olan mikrobiomin öyrənilməsi üzrə layihəyə rəhbərlik edirəm!

Niyə Oriflame-də işləyirsən?

İnanıram ki, təcrübəm və sevdiyim işə olan həvəsim dəri qocalmasına qarşı daha inanılmaz və effektiv məhsullar yaratmağa kömək edəcəkdir.

Həyatda sənin üçün ən vacib olan nədir?

İnsanların həyatını dəyişdirmək mənim üçün çox vacibdir və bizim yaşlanma əleyhinə olan məhsullarımız buna kömək edir.

Səni nə ilhamlandırır?

Əsas ilham mənbəyim təbiətdir.

 

 

Doktor Nataşa Uilyams O'Xənlon (elmlər namizədi)
Xammal keyfiyyəti üzrə direktor

İzləyirəm ki, məhsullarımızın tərkibi Oriflame-in bütün tələblərinə və standartlarına cavab versin. İşimin sayəsində plastik hissəciklərdən istifadə etməyi dayandırdıq və Love Nature məhsullarını bioparçalanan edə bildik.

Nə ilə fəxr edirsən?

Doktorluq dərəcəmlə, həm də etik və ekoloji məsuliyyət prinsiplərinə tam uyğun olan məhsul xəttinin hazırlanması və işə salınması ilə - istər Oriflame-də, istər dünyada ilk olan.

Oriflame-ə necə gəldiyini danış.

Namizədlik dissertasiyasını yazarkən universitetdə çalışırdım, amma təhsil ocağının divarları xaricində daha çox təcrübə əldə etmək istəyirdim. Və onda mən dəyərləri mənə tam uyğun gələn və təbiətə, elmə və ünsiyyətə olan sevgimi tətbiq etməyə imkan verən İsveç kosmetika şirkətində vakansiya tapdım.

Sənin üçün ən çox nəyin üzərində işləmək maraqlı idi?

Dünyada ilk beynəlxalq FairtradeTM sertifikatlı kosmetika xəttinin yaradılması üzərində. Bundan əlavə, bizi xammal ilə təmin edən icmalarda sosial və ekoloji layihələrlə məşğul olan kosmetikanın ədalətli ticarəti inkişafı fondu yaratdıq.

Həyatda sənin üçün ən vacib olan nədir?

Gündən-günə Oriflame-in məsuliyyət və etik şirkət prinsiplərinə əməl etməsini izləmək. İki xeyirxah, dürüst və cəsur qız yetişdirmək.

 

 

Doktor Suzanna Fabr (elmlər doktoru)
Dəri Tədqiqatları Mərkəzinin direktoru

Dəri Tədqiqat Mərkəzinə rəhbərlik edirəm və məqsədim dərini ətraf mühitin aqressiv təsirindən qoruyacaq, yaşlanma prosesini yavaşlatan və təbii gözəlliyi vurğulayan təbii aktiv inqrediyentləri tapmaqdır.

Oriflame-yə necə gəldiyini danış.

Mən insan təbiətini dərk etməyə çox marağı olan bioloqam. Və işdə maraqlarımı istifadə etmək və liderlik keyfiyyətlərimi özüm üçün yeni bir sahədə tətbiq etmək şansım yarananda bu fürsəti qaçıra bilmədim.

Niyə Oriflame-də işləyirsən?

Mənim üçün verdiyi vədləri yerinə yetirən keyfiyyətli məhsullar istehsal edən şirkətdə işləmək vacibdir. Bundan əlavə, qürur duyuram ki, Oriflame şirkətinin fəaliyyəti insanların sağlamlığına və rifahına müsbət təsir göstərir.

Səni nə ilhamlandırır?

Hər şeyə açıq və dünyanı dəyişməyə hazır olan yaradıcı və öz işinə həvəsli insanlar.

Kim sizə ilham verir?

Həmkarlarım və məsləhətçilərimiz.

Biz elmi nailiyyətlərimizlə fəxr edirik




Oriflame-in əsas texnologiyaları və yenilikləri haqqında daha çox məlumat əldə et