İsveç baxışı
Bir isveç şirkət olduğumuz üçün gözəlliyə və məhsulların necə yaradılmasına xüsusi bir baxışımız var. Ən başından bəri biz təbiətdən ilhamlandıq və məhsullarımızın təhlükəsiz, etibarlı və effektli olmasını təmin etmək üçün elmi nailiyyətlərdən istifadə edirik. Bu yanaşma sayəsində biz bazarda nüfuzumuzu möhkəmləndirmişik.
Təbiətdən ihamlanma
Biz İsveçin təbiətindən ilham alırıq və xarakterik qaranlıq, soyuq qışı ilə sərt Nordik iqlimdə yaşamağı bacaran bitkilərin gücünə heyran qalırıq. Biz dünyada ilk təbii ekstrakt əsaslı kosmetik vasitələr yaradanlardan biriyik – misal üçün, tozağacı şirəsi – beləliklə on illərdir digər markaların önündəyik.
Keçmişdə olduğu kimi hazırda da təbii inqrediyentlərin - bitki gövdə hüceyrələri və ya təbii təmizləyici hissəsciklər olsun, istifadəsinin potensialını və faydalarını görürük. Bizim bütün ekstraktlarımız təbiətdən törəmişdir və bütün inqrediyentləri ekoloji və etik normalara uyğun seçirik və əldə edirik. Bu şəkildə biz ətraf mühitə zərər vermirik və biz məhsulların təhlükəsizliyinə və keyfiyyətinə zəmanət verə bilərik.
Elmin gücü
Artıq 50 ildən artıqdır ki, son elmi araşdırmalara və kəşflərə əsaslanaraq yüksəkkeyfiyyətli və istifadəsi sadə məhsullar yaradırıq. Biz daimi olaraq məhsullarımızı daha effektivləşdirməyə imkan verən ən yaxşı formulları və innovativ üsulları axtarırıq. Bizim patentləşdirilmiş texnologiyalarımız və məhsullarımız kilini araşdırmalardan keçirilir.
Bizim bir sıra sahələri tədqiq edən alimlərimiz və ekspertlərimiz var, onlar arasında kimya, qidalanma, dəri yaşlanması, kliniki sınaqlar və cihazqayırma sahələri da vardır. Elmi-tədqiqat institutlarının bazasındakı hər bir mütəxəssislər müştərilərimiz üçün ən yaxşı məhsulları yaratmağa kömək edirlər.
Keyfiyyət standartı
Biz yaratdığımız təhlükəsiz və etibarlı məhsullara müvafiq olaraq yüksək standartlar qoymuşuq.