Patentlər, tədqiqatlar və innovasiyalar
Biz patentləşdirilmiş texnologiyalardan və innovasiyalardan tutmuş qlobal tədqiqat layihələrinə qədər olan nailiyyətlərimizlə fəxr edirik.
Dünyanın hər yerindən olan insanların byuti problemlərini həll etmək və sevdiyin məhsulları yaratmaq üçün daim gözəllik elmini inkişaf etdiririk.
Elmi kəşflər və innovasiyalar - aşağıda əsas byuti ixtiralarımız haqqında danışacağıq!
Patentləşdirilmiş texnologiyalar və byuti innovasiyalar
Aspartolift ilə elastik, dartınmış, gözəl dəri
AspartoLift — dəri qocalma əlamətləri ilə mübarizə aparan ən axırıncı patentləşdirilmiş texnologiyalarımızdan biridir. Yeddi illik araşdırmaların nəticəsi olan AspartoLift, NovAge Ultimate Lift məhsullar xəttində istifadə olunur. Texnologiya, əks təsirlər olmadan retinoik turşunun effektini təqlid edir və dərinin elastikliyini və möhkəmliyini 70% artırır.Tripeptid texnologiyası: qırışlara qarşı mübarizə və kollagenlə doyma
Yaşla dəridə kollagen səviyyəsi azalır və qırışlar daha çox nəzərə çarpan olur. Kollagen istehsalını stimullaşdıran və qırışları 33% azaldan patentləşdirilmiş tripeptid texnologiyamız bu problemlə mübarizə aparır - klinik cəhətdən sübut edilmişdir.Sərbəst radikallardan unikal Lingon 50:50 TM texnologiyalı qoruma.
İsveçin ən məşhur giləmeyvəsi olan mərcangilənin antioksidant xüsusiyyətlərini öyrənilməsi zamanı patentləşdirilmiş Lingon 50: 50 TM texnologiyasını hazırladıq. Mərcangilə giləmeyvə ekstraktı özü özlüyündə güclü bir antioksidantdır, ancaq ona giləmeyvə yarpağı ekstraktı əlavə edilsə, effekti dəfələrlə artacaqdır. Məhz bunu da etdik! Texnologiya ilk dəfə Optimals məhsullarında istifadə edilmişdir. Lingon 50: 50 TM hüceyrə DNT-ni qoruyur, sərbəst radikalların mənfi təsirlərini neytrallaşdırır və quru, həssas və yağlı dərini balanslaşdırmağa kömək edir.Yüksək təsirli tonal əsas
Patentləşdirilmiş SkinRenew kompleksi dərini yeniləyir və canlandırır, elmi cəhətdən sübut olunduğu kimi hüceyrə mübadiləsini sürətləndirir və hüceyrə DNT-ni qoruyur. Bu kompleksi həm tonu düzləşdirən, həm də üzün qayğısına qalan The ONE EverLasting Foundation-da istifadə edirik.Multi-Bright TM texnologiya ilə düz, parlaq, açıq rəngli dəri
Multi-BrightTM texnologiyamızın əsasında iki bitki tərkibli inqrediyent durur: otqulağı ekstraktı və zeytun yağından doymamış yağ turşularına əsaslanan adipin turşusu. Birlikdə, onlar melanin istehsalının bütün əsas mərhələlərinə təsir göstərir. Texnologiya piqmentasiyaya qarşı SPF 20 NovAge Bright Sublime gündüz kremində istifadə olunur.Oriflame † kompleks qulluğu ilə 7 qat daha gözəl dəri
Premium NovAge qulluğu istifadə edərək 7 qat daha yaxşı nəticələr əldə etmək olar! Çoxsaylı klinik testlər sübut etdi ki, Oriflame-dən olan kompleks qulluq adi qulluqla müqayisədə dəri vəziyyətini 7 dəfə daha effektiv şəkildə yaxşılaşdırır.
† Adi qulluqla və ya ümumiyyətlə heç bir qulluq göstəriməməklə müqayisədə NovAge True Perfection, Time Restore, Ecollagen, Ultimate Lift, Wrinkle Power kompleks qulluqdan istifadəsi ilə klinik testlərə əsaslanaraq.
Daha qalın və gözəl kipriklər
Möhtəşəm kipriklər haqqında hamı xəyal edir! Biz isə, dünyada ilk 24-qat həcmli tuş da daxil olmaqla yüksək təsirli tuşlar yaratmaqda xüsusilə yaxşıyıq.Bundan əlavə, tuşlarımızın baxışı 30% -dən çox açdığını dünyada ilk dəfə klinik olaraq sübut etmişik.
Davamlı inkişaf üzrə təşəbbüslər
Alimlərlə birlikdə uğurlu inkişaf üçün təşəbbüsləri məhsullarımızın istehsalının bütün mərhələlərinə daxil edirik. Etik və ekoloji məsuliyyət prinsiplərini rəhbər tutaraq Ecocert®, Fairtrade® və FSCTM sertifikatları almış dəriyə qulluq məhsullarının ilk xəttini yaratdıq.
Yuyulan məhsulların ətraf mühitə təsirini minimuma endirmək üçün, bu yaxınlarda bioparçalanan formullu Love Nature məhsullarının yeni xəttini işə saldıq. Gələcəkdə digər məhsullarımızı da bioparçalanan etmək planlaşdırırıq.