İnqrediyentlər kitabxanası
Əsas
Kətan yağı

Kətan yağı

Linum usitatissimum 

Mavi çiçəklərlə açılan kətan toxumu, dərinin sağlamlığını qoruyaraq, onu qidalandırmaq və nəmləndirməyə kömək edən əvəzolunmaz yağ turşuları, vitaminlər və minerallarla zəngin olan kəhrəba yağı verir. Kətan yağı təbii E vitamini ilə zəngindir – xoşagəlməz dəri piqmen-tasiyanın əmələ gəlməsini azaldan yüksək funksionallı nutrientdir. Kətan yağı sakitləşdirici, yumşaldıcı və qulluqedici xüsusiyyətlərinə görə kosmetologiyada ən çox yayılmış inqrediyentlərdən biridir.

Gözəllik üçün faydaları

  • Dərini yumşaldır və ona qulluq edir.

  • Kətan yağı qızartıları azaltmağa və dərinin tonunu bərabərləşdirməyə kömək edir.

  • Dəriyə sağlamlıq verməyə və onun görünüşünü yaxşılaşdırmağa kömək edir.

Kətan yağı yağ turşularını ehtiva edən bir neçə yağdan biridir: ürək fəaliyyəti və dəri görünüşü üçün faydalı olan alfa-linolenik turşusunu (ALA) və omega-3 yağ turşularını.

Daxildir