Tuşun köməyi ilə taxma kirpiklər effektini yaradırıq

Taxma kirpikləri sevirsən, amma yapışqan və naqqaşla çox əyləşməyi istəmirsən? Bəs əgər sən yalnız tuşdan istifadə edərək gözəl uzadılmış, burulmuş və həcmli kirpikləri əldə edə bilsəydin, onda necə? Bunu necə etmək olduğuna dair bir neçə məsləhət.

1. Onları bur 
Qızlar bəzən sadə kirpik naqqaşının həqiqətən möcüzələr yarada biləcəyi haqqında unudurlar! Bir az yuxarı əyilərək sənin təbii kirpiklərin taxma kirpiklərlə əminliklə rəqabət aparacaq. Öz naqqaşından tozu silkələ və ya yenisini al, və bu sadə proseduru öz gündəlik səhər gulluğuna daxil etməyi unutma.

Ən yaxşı nəticəni əldə etmək üçün, kirpiklərin əsasından başla, dərhal göz gapağının yanından, və sonra ortada və uclarda bir sıxma et. Hər dəfə naqqaşı ən azı 10 saniyə saxla. Nəticəni tuşla fiksasiya et. İnan, bundan sonra bütün gün ərzində komplimentlərdən zövq alacaqsan!

2. Hər kirpiyə diqqət yetir
Maksimal olaraq taxma kirpiklər effektini yaratmaq üçün sənə hər kirpiyi tam olaraq boyamaq lazımdır. 
THE ONE taxma kirpiklər effekti ilə 360° tuş məhz bunun üçün hazırlanıb. Unikal elastik fırça hər kirpiyi boyamağa kömək edir, beləliklə kliniki olaraq sübut edilmiş taxma kirpiklər effektini yaradır.* Bundan əlavə, onu çəkərkən göz qapağını ləkələməyəcəksən, çünki bu fırçanın köməyi ilə tuş aşağı kirpiklərə də əla çəkilir. 

3. Künclər haqqında unutma!

Tuşun İNNOVATİV ELASTİK FIRÇASI hər bir kirpiyi dəqiq şəkildə boyamaq üçün ultradəqiq uca malikdir. Bu forma kirpikləri gözlərin künclərində boyamağa, habelə lazım olduğu yerdə əlavə həcmə nail olmağa imkan verir. Sən istədiyin effekti əldə etmək üçün kirpikləri qaldıra və bura bilərsən.

4. Nəticəni fiksasiya et! 
İstənilən effektə nail olanda fiksasiyaedici tuş qatını yuxarı kirpiklərə, xarici künclərə və ya gözlərinin forması və kirpiklər arasındakı məsafənin tələb etdiyi yerə çək. Tuşun formulasının tərkibində kirpiklərin ağırlaşması olmadan asan çəkilmə və möhtəşəm baxış effekti üçün xüsusi yüksək elastikli mumlu FLEX-LİTE TEXNOLOGİYASI durur.

Yadda saxla! Bütün gün ərzində kirpiklərinlə hamını fəth etdikdən sonra, yatmazdan əvvəl makiyajı yaxşıca çıxarmaq vacibdir. Düzgün qulluq kirpiklərinə daha güclü olmağa və hər gün səni sevindirməyə kömək edəcək!