Özü özünə parfümer: ətirləri necə qarışdırmaq olar?

Ətirlərin üst-üstə vurulması trendi parfümeriya dünyasını ələ keçirdi. Əgər bir neçəsini qarışdırıb özünəməxsus ətiri yaratmaq olarsa niyə birini vurasan? Dəbli texnikanı araşdırırıq və xəyallarının ətirini necə əldə etməyini söyləyirik.

Başlamazdan əvvəl gəl qərar verək: istənilən ətir tam, müstəqil kompozisiya kimi yaradılıb. Adi ətirləri təcrübə və ya oyun üçün qarışdırmaq olar. Amma dəbli texnikanın həqiqətən işləməsi üçün sənə xüsusi qatlama üçün hazırlanmış ətirlər lazımdır – onların notları bir-biri ilə mükəmməl uyğunlaşır və üçüncüsünə, unikal ətirə ahəngdar şəkildə birləşir. Məsələn, Oriflame-dən yeni Scentsational seriyası kimi. 

Öz kolleksiyanı qiymətləndir 
Əvvəlcə təcrübələr üçün sahə ayır. Qəliz piramidalı dolğun ətirlər uyğun olmayacaq: partlayıcı kokteyl yalnız baş ağrısına səbəb olacaqdır. Qarışdırmaq üçün bir aparıcı notlu monoətirlər lazımdır: adətən, ətir məhs onun adını daşıyır. Sitruslar və vanil demək olar ki, hər şeyə uyğundur, ancaq çiçəkləri ehtiyyatla uyğunlaşdır. Müəyyən bir notu gücləndirmək istəyirsənsə - məsələn, yasemən – onunla müxtəlif ətirləri qatlaşdır. 

Kağız üzərində sına
Ətirləri bir dəfəyə üç dəfədən artıq olmayaraq ağ vərəq üzərinə vuraraq birləşdirməyə çalış. Maraqlı birləşmə tapmayana kimi sına və yalnız bundan sonra bədənə vur. Ətir dəridə gözlənilməz bir şəkildə özünü aparırsa, onu yağ və ya suya davamlı makiyaj təmizləyicisi ilə asanlıqla çıxara bilərsən.

Sehr yarat
Ətirləri ən dolğunundan ən yüngülünə kimi tətbiq et. Onları eyni bölgəyə - məsələn, biləklərə - əvvəlkilərin dəriyə hopmasını gözləmədən püskürt. Teksturalarla oyna: ətirləri təkcə bir-biri ilə deyil, həm də bədən kremi, parfümləşdirilmiş yağ və ya losyonla qarışdırıla bilər. Teksturalar haqqında danışarkən: duş geli və dezodorant da nəzərə alınır! Kompozisiyaya müdaxilə etməmələri üçün neytral ətirli məhsulları seç.



Əgər bunun üçün xüsusi olaraq hazırlanmış ətirləri qarışdırsan, təcrübə mütləq uğurlu olacaq. Qızıl gülün mərkəzi notlu Scentsational tualet suyu görünüşün əsası olacaq və alma ağacı rəngli parfümləşdirilmiş sprey yeni bir ştrix əlavə etməyə kömək edəcəkdir. Hər bir məhsul ayrı-ayrılıqda və ya üçüncüsünü, özünəməxsus bir ətiri yaradaraq birlikdə vurula bilər.

Mətn: Şəkil: Oriflame