Payızda etməli olduğun altı qulluq

Mövsüm dəyişikliyi həmçinin sənin qulluq prosedurlarının dəyişilməsi deməkdir. Hər şeyi nəzərə aldığını düşünürsən?

1. ÜZ
Artıq günəş əvvəlki kimi qızdırmır, havalar sərinləyir, bu da o deməkdir ki, bütün yay boyu vərdiş etdiyin yüngül qulluq vasitələrini daha dolğun teksturlu vasitələrər dəyişmək vaxtıdır. Sənə gel və köpüklər deyil, dərini təmizləyəcək və nəmləndirəcək krem teksturlu vasitələr lazımdır. Biz sənə dərini təmizləyərək nəmləndirəcək NovAge təmizləyici südünü təqdim edirik. O dərini dərindən təmizləyərək onu məxmər kimi yumuşaq edəcək. Həmçinin tərkibində SPF olan vasitələrdən də istifadəni unutma. 
Sənə lazım olacaq: NovAge təmizləyici südü

2. TƏK ÜZ DEYİL
Biz ümid edirik ki, tətildə dəzin kənarında istirahət edərkən sən günəşdən qoruyucu və qaralmaq üçün vasitələrdən istifadə etməyi unutmurdun. İndi de o tempde davam et: sənə dərini bərpa edəcək duş üçün gel-skrab və bədən üçün losyon lazım olacaq. 
Vacib element: Body Active bədən üçün yumşaldıcı losyon

3. BƏRPA OLUNMA
Payızın ilk günləri saçlara qulluğa başlamaq üçün əla günlərdi. Əgər sən yenicə tətildən qayıtmısansa, onda dərhal saçlara qulluqdan başla. Əgər saçların quru və zəif görsənirsə, demək sənin saçlarına maska lazmdır. Maskanı həftədə bir dəfə yaş saçlara çək, daha sonra yu. 

Sənə lazım olacaq: Saç maskası Eleo

4. AĞIR ARTİLLERİYA
Yay ətirləri – güllü və meyvəli – payız aylarında çox sadə səslənirlər. Şərq və odun ətirləri ilə eksperimentlər apar.  

Əbədi klassika: Parfüm suyu So Fever Her

5. HƏR ŞEY BƏRABƏRDİR
Hətta sən əgər SPF tərkibli məhsullardan istifadə etmisənsə belə üzündə çillər qala bilər. Dəri tonunu bərabərləşdirmək üçün dəri rəngini dəyişən vasitələrdən istifadə et. Tövsiyələrimizi yerinə yetirsən qışı əla formada keçirərsən. 

Kliniki cəhətdən sübut olunmuşdur: "Müdafiə və ağartma" dərinin tonunu bərabərləşdirən SPF 20-dən ibarət gündüz kremi

6. PAYIZ YENİLƏNMƏSİ
Yeni mövsüm – kosmetik çantanda yeni kosmetika deməkdir! Əlvan yay dodaq boyasını daha dolğun və tünd giləmeyvə rəngləri ilə əvəz et.  Həmçinin male qələm və ya sadə qələmi unutma, çünki mütləq olaraq super aktual qrafik göz makiyajını sınaqdan keçirmək istəyəcəksən. 

Bizim seçimimiz: The ONE ultraqara marker-maye göz qələmi















Mətn: Şəkil: Getty Images