Trenddə: nyud makiyaja yeni baxış

Nyud makiyajla təəccübləndirmək çətindir: hər mövsümdə trend ona qayıdır. Lakin indi hər şey fərqli olacaq. Gəlin aydınlaşdıraq, “yeni nyud” nədir və onu necə daşımaq olar.

NYUD: NƏDİR? 
Nyud makiyajda təbii gözəlliyi vurğulayan təbii çalarlardan və texnikadan istifadə edilir. Yeni nyud isə növbəti mərhələyə keçməyi təklif edir: gözəllik üzərində daxildən işləmək. Necə? Daha az lazımsız hərəkət və daha çoxfunksiyalı baxım məhsulları. Ümumiləşdirsək: gözəl görünmək üçün güzgü qarşısında saatlarla vaxt keçirmək lazım deyil.   

ZƏNGİN DAXİLİ DÜNYA
Özünü əla hiss edən zaman yaşamaq asan və gözəldir. Xırdadan başla: 8 saatdan az yatma və gün ərzində su iç. Çəkilişlər zamanı biz modellərdən onların necə belə gözəl göründükləri barədə soruşduq. Su balansının "nəzarətinə" əlavə olaraq, onlar masaja və boyun dərisini nəmləndirməyə diqqət yetirirlər: bu, üzün daha təravətli görünməsinə kömək edir. Qeydə alaq!

ÇƏTİNLƏŞDİRMƏ 
İşə geçikməməyə çalışarkən fırçalar və banklar arasında itib qalırsan? Yeni nyud-bu,  tələskənliyi və təlaşı aradan qaldıran multifunksiyalı məhsulların axtarışındadır. Məsələn, üz üçün krem-ton The ONE A-Z Hydra SPF 30. Nəmləndirmə, yüngül örtük və SPF-faktor –vasitələrin 10+ faydalarından yalnız bir neçəsidir. Baxışlarını sevimli tuşla vurğulavə hazırsan!

Xülasə: yeni nyud –  özünə qayğı, səhərlər vaxt qənaəti  və çox funksiyalılıq üçün seçimdir. Real həyat şərtlərində gözəllik – hər şey sevdiyimiz kimidir!

 

Mətn: Şəkil: Oriflame