Vişlist: getməli olduğun 10 yer

Hara getmək arzulayırsan? Gəl tapaq: Paris, Milan, London, Maldiv adaları? Biz tipik turistik istiqamətlər haqqında hər şeyi proqramlar və parlaq jurnallardan bilirik: bunların ağla birinci gəlmələri təəccüblü deyil. Siyahını artıra bilərik: səyahət üçün sevimli şəhərlərimiz haqqında oxu, ilhamlan və hərəkətə keç!

Sinqapur
İstilik və yüksək rütubətdən qorxmursansa, Sinqapura yollan: o, relaks üslubunda istirahət üçün idealdır. Sakit ritm, aydın naviqasiya, saatını yoxlaya biləcəyin nəqliyyat - evdəki kimi rahat olacaqsan. Dünyanın ən gözəl botanik bağlarından biri məhs burda yerləşir: YUNESKO-nun müdafiəsi altında 74 hektar sulu çəmənliklər, nadir çiçəklər və göllərin parıltılı səthi. Yerli əhalinin 10 dini var, yəni burada çoxlu gözəl məbədlər var. Ən azı birini ziyarət etməyi məsləhət görürük - məsələn, Sinqapurda ən böyük Buddist məbədi olan Konq-Mən-San-Kar-Si monastırı. Çimərliyə də baş çək, yerli mətbəxlə isə Çin kvartalında və ya hər hansı bir ticarət mərkəzinin fudkortunda tanış olmaq daha yaxşı olardı.

Kipr
Daha yumşaq iqlimdə dəniz və ekzotika istəyirsən? Kipr sahilində dayvinq kruizinə get: yayda burada dəhşətli istilər olur, amma payız və yazda hava tam uyğundur. Sakit Larnaka, klub Aya-Napa, rahat pafos və ya paytaxt Limasolu - zövqünə və lazımlı mühitə görə şəhər seç. Kiprdə nə etmək olar?Köhnə şəhərin küçələrində gəzmək, ən təmiz dənizdən zövq almaq, memarlığı araşdırmaq, qədim mezarların qazıntılarını axtarmaq. Biz sizə Omodosa getməyi məsləhət görürük: bu, şərabları ilə məşhur olan dağ kəndidir. Məhs burada 2016-cı ildə Oriflame Qızıl Konfrans keçirildi. 


Palma-de-Mayorka
Kralsayağı istirahət et! Bu il dünya şou biznesinin ulduzları və İspan kral ailəsi ilə yanaşı, Mayorkada Oriflame-in ən güclü liderləri Qızıl Konfransı-2019 çərçivəsində əla vaxt keçirəcəklər. To-do-list: La Reserva təbii parkın şelalelerinə və ekzotik heyvanlarına baxmaq, Formentor burnunda “ana, mən açıqcanın üstündəyəm!" adlı foto çəkmək və müasir İspan incəsənətin bütün muzeylərini gəzmək.

Stokholm
İsveçin paytaxtı 57 körpü ilə bağlı 14 adadır, memarlıq və dizaynın davamlı estetik zövqü, Skandinaviyanın sakit həyat tərzi ilə böyük şəhər ritminin möcüzəli birləşməsi. Köhnə şəhəri gəz, Ericcson Globe binasında panoram liftindən istifadə et, Nobel muzeyinə bax. Aktivlik həvəskarları üçün layfxak: kayak icarəyə götürmək olar və Melaren gölündə üzərək bütün adaları araşdırmaq olar. İncəsənət qalereyalarının ən böyük konsentrasiyası Stokholmdadır: hər hansı birini seçə bilərsən, amma vaxt azdırsa, ən böyüyü ilə - Moderna Museet ilə başlamaq məsləhət görürük. Ac olanda, hər hansı bir küçə avtokafe yanına qorxmadan qaça bilərsən. Otantik İsveç mətbəxi Ostermalmshallen əhatə olunmuş bazarda sizi gözləyir. 2012-ci ildə Stokholmda keçirilən Oriflame Qızıl Konfransında İsveç kraliçası Silviya bizə şərəf göstərdi - biz onun yaşadığı Kral sarayını görməyi məsləhət görürük. 

Keyptaun
Cənubi Afrikanın əsas şəhəri səni vəhşi təbiətin coşqusu ilə təəccübləndirəcək. Onun mərkəzini yarım gün ərzində gəzmək olar, buna görə də bir avtomobil icarəyə götürməyi və bütün Kap yarımadasını səyahət etməyi məsləhət görürük: burda görəcək şeylər var! Öz düz təpəsi ilə məşhur olan Masa dağına çıx, Kirstenboş botanik baxçasında ağacların budaqları altında asma yol üzərində gəz, Antarktidanı Ümid burnundan görməyə cəhd et və Valun çimərliyində pinqvinlə selfi çək.Stritfud səni məyus edəcək, burada adi burgerlər və fri qiymətləndirilir- yerli ərzaq üçün adi supermarketə yollan.


Los Anceles
Kaliforniyanın paytaxtı üzrə bələdçi iki, bəlkə də üç belə məqalə tuta bilər. Bu qədər imkanlar və təəssüratlar – nedən başlamaq olar? Təxminən 120 km lüks çimərliklər, yüzlərlə incəsənət qalereyası, film sevərlər üçün şöhrət yerləri və dünyanın bütün mətbəxlərinin ən yaxşı restoranları: istirahət istiqamətini seç və ətraflı plan hazırla. Must see: şəhərin ən yüksək göydələsində Skyspace müşahidə meydçası, gözəl şəhər görünüşlü və pulsuz teleskoplu Griffin rəsədxanası, Santa Monika çimərliyi və LACMA muzeyi. 

Sidney
Günəşli çimərliklər və ən yaxşı serf-spotlar, Kral botanik bağçasında şaxəli ağaclar, məşhur Opera teatrı və Mavi dağlar – Sidney kontrastları ilə təəcübləndirir. Vəhşi təbiətin gözəlliyindən dəli olmaq istəyirsən? Featherdale parkında koalalarla tanış ol. Ekstrimi sevirsən? Dünyanın ən böyük polad köprülərindən biri olan Xarbor Bridc arkasından keç. Rahat Mənlidə mütləq istirahət et və əfsanəvi Bondi çimərliyini ziyarət et.

Tokio
Tokionun hər bir rayonu haqlı olaraq ayrı bir şəhər hesab edilə bilər. Məbədləri sevirsənsə və gerçək geyşaların necə yaşadığını görmək istəyirsənsə, Asakusanı ziyarət et. Alış-veriş üçün Ginzaya yollan, Yapon küçə dəbi isə səni Harajukuda gözləyir. Qədim məbədlər, İmperator sarayı, göydələnlər, baxış meydançaları - Tokioda xəritə və plansız gəzmək olar. Bizim Brilliant direktorumuz Natalya Pasiçnik sakuranın çiçəklənməsinə aşiq olmuşdur: "Biz buraya ilin ən yaxşı vaxtında gəldik, mən bunu həyatım boyunca xatırlayacağam".

Mayami
Florida əyalətinin əsas kurortunun ulduz yeri - lüks mağazalar, gecə klubları və ağ qumları ilə məşhur Mayami-Biç. Özünü çimərliklə məhdulandırma: rəngarəng tələbə rayonu Coconut Grove-da gəz, çoxlu müasir incəsənət muzeylərindən birinə baş vur, hər hansı bir gecə klubunda latın ritmləri altında rəqs et, Villa Viskayada antikvariat kolleksiyasına bax. Ən təsirli incəsənət məkanlarından biri, İsveçrə memarları və Herzog & de Meuron dizaynerləri tərəfindən tikilmiş Perez İncəsənət Muzeyidir.

Malta
Malta tarixinə Mdinada daxil olmaq daha asandır: 300 nəfər əhalisi olan şəhər açıq hava altında muzeyə bənzəyir, burada hətta çox məşhur "Taxtların oyunu" serialının bir neçə seriyası çəkilmişdir. Mistika pərəstişkarına Xal-Safliyeni 5000 il yaşı olan meqalitik yeraltı məkan, tutqun yeraltı nekropolu məsləhət görürük. Alış-veriş üçün Vallettaya getmək daha yaxşıdır. 2010-cu il Qızıl Konfrans zamanı şəhərin əsas meydanı Oriflame liderlərinin görüşü üçün hazırlanmışdır: onlar şam yeməyini yedilər və şəhərin düz mərkəzində uğuru qeyd etdilər.

Mətn: Şəkil: Oriflame