RƏFİQƏNƏ
Yalnız geyimindən, hava şəraitindən və əhvalından asılı olmayaraq taxa biləcəyin aksessuara ideal demək olar. Misal üçün, transformer sırğalar. İki cüt puset və üç cüt açılan asma bəzək – hər bir cütünə iki dəst asma bəzək əlavə etmək olar və hər gün fərqli kombinasiyalar yaratmaq olarq!
SEVGİLİNƏ
Praktik hədiyyə hazırlasan yanılmazsan. Sevdiyin insan səyahət etməyi sevir, tez-tez ezamiyyətdə olur və ya balıq tutmağa marağı var - ona balaca yığcam orqanayzer mütləq lazımlı olacaq. Özün düşün: içərisində yapışqam parça ilə bağlanan iki torlu cib və iki bölmə var.
BACIYA
Hədiyyəni tapmaq işin yarısıdır. Onu sonra gözəl qablaşdırmaq lazımdı. Biz prosedurlarda qənaət etməyi və hazır qutusu olan hədiyəni təklif edirik. Misal üçün, bu xovlu pomponlu papaq. Minimalist biçim və neytral krem rəngi bütün geyimlərə uyğun olacaq və xüsusi ağ çərçivədə təbrik sözlərini yaza bilərsən.
ANAYA
İsti palantin ana üçün əla bir hədiyyə olacaq. Onu şal və ya şərf kimi istifadə etmək olar (imic və əhval-ruhiyyədən asılı olaraq tünd çəhrayı və ya tünd qırmızı tərəfi ilə geyinilə bilər), yahud örtük kimi istifadə etmək mümkündür.
QARDAŞA
Metal molniya, fakturalı səth, yüksək keyfiyyətli material, xoş toxunuşlu – bu cür dəbli aksessuar mütləq qardaşının xoşuna gələcək. İçində əskinaz və qəpiklər üçün bölümlər və plastik kartlar üçün üç cib var.
ATAYA
Gülməli coraplar trenddədir! Eyni tonda qara və boz-ağ xətli - orijinal qabda iki cüt corab dəsti heç şübhəsiz dəbli və sevincli atanın xoşuna gələcək.