MÜASİR CENTLMENİN İDEALI
Romantika, xarizma və alicənablığın partlayışlı birləşməsi - o, sənin onun qəlbini nə qədər tez fəth etdiyini belə sezmədi. O, həmişə səni xəyal edirdi, ancaq ağlına belə gələ bilməzdi ki, sən məhz belə olacaqsan - 21-ci əsrin ideal centlmeni.Təbii cazibədarlığını meşə və bitki nüanslı sidr iynəyarpağı akkordu əsasında hazırlanmış Debonair ətri vurğulayır. Sidr iynəyarpağı yağı öz tonik xüsusiyyətləri ilə tanınır: o, enerji ilə doldurur, sinir sistemini sakitləşdirir, depresiyalardan qoruyur və sakit özünə inamı saç saçmağa kömək edir.
ƏSL EKSTRİM
Doqquzdan altıya qədər ofisdəki sənədləri ayırmaq, kostyum geyinmək və biznes lançlara getmək - onun kabusu yəqin ki, belə görünür. İpoteka və çimərlik istirahəti əvəzinə, o, Elbrus dağına dırmaşmaq, ekstremal sürücülük kursları, baydarka sürmək və paraşutla hoppanmaq arzulayır. O, özündə adrenalin və sakitlik istəyi, qəlb istiliyi, güclü qərarlar qəbul etmə bacarığı birləşdirir.
Cəsarətin çatmadığın şeyi et və qətiyyətini Glacier Fire ətiri ilə dəstəklə: tezə və isti odun notlarının kontrastı lazımi anda enerji verəcək.
MACƏRALAR RUHU
Onun pasportu dünyanın hər yerindən olan vizalarla boyanıb, telefonu ən gözəl yerlərin skrinşotları ilə, marşrutlar və planlarla dolub. Beş ulduzlu otellər və xostellər, vəhşi təbiət və müasir memarlıq, texnoloji Asiya və sirli Şərq - o, planetimizin kontrastından zövq alır və onu tam gezməyi xəyal edir.
Bir yerdə oturub qaldığını hiss edirsən? Born to Fly For Him tualet suyunu sına: Meksika aqavası, fransız lavandası və yapon yudzusu yeni macəralara ilhamlandıracaq. Ətirin xatirələri qoruması üçün flakonu özünlə götür.
MƏSTEDİCİ EHTİRAS
O, nə istədiyini dəqiq bilir və istədiyini necə əldə etməyi bacarır. Dəri gödəkçə, sadə köynək və ya klassik kostyum - heç bir paltar onun möhkəm daxili gücünü və ağır, odla dolu cazibədar baxışını gizlətmir. Baxış, dodaqların künclərindəki yüngül təbəssüm - o, işarələri tutur və kimin qalib olacağını bilərək təhlükəli oyuna girişir. Onun üçün mümkün olmayan heç nə yoxdur və belə bir özünə inamın qarşısında durmaq çətindir.
So Fever Together for Him ətirini axşam üçün, ictimai hadisələr və məhz onunla görüşlər üçün seç - adaçayı və darçın ilə bürünmüş isti pimento bibərinin notu hər şeyi sənin əvəzinə edəcək.
MINIMALİZM VƏ YÜNGÜLLÜK
Səhər erkəndir, sükutdur və heç bir tələsiklik yoxdur. Bir fincan qəhvə, sevimli tostlar və səhər yeməyi zamanı xəbər lenti. Duşdakı sərin su damlaları yuxu, fikirlər, həyəcanın qalıqlarını götürərək bədəndən axır: indi o, boş bir vərəq kimi yeni günün istənilən problemlərinə hazırdır. Bəlkə də bu bir istirahət günüdür - və ya qayğılarla dolu adi iş günləri. Özünü dəbli, amma narahat geyimlərlə sıxışdırmaq istəmirsən. Cins şalvar, ağ köynək. Ağır parfüm? Bu gün yox!
Rahat günlər üçün parfümləşdirilmiş sprey lazım olacaq: təravətli və ya ədviyyatlı, o, nəqliyyatda və ya ofisdə başqalarını narahat etməyəcək, dəriyə yaxın oturacaq və yalnız sənin üçün əhval-ruhiyyə yaradacaq.
DAXİLİ AZADLIQ
Məktəb, institut, iş, evlilik, mənzil alışı, nəvələr, qocalıq - plana uyğun həyat onun üçün deyil. O, yalnız özünü dinləyir, başqalarının fikirlərindən asılı deyil, instinktləri ilə gedir və həyatda öz yolunu düzgün seçir. Rok ulduzu olmaq, ailə biznesini quraqm, bir neçə ölkədə və qitədə yaşamaq? Niyə də yox -əgər istədiyin həqiqətən budursa.
Gündəlik işlər səni udur? Be the Wild Legend ətiri ilə kənara çıxmağa çalış. Bu, azadlığın əsl ətiridir: ənbər, qara bibər və hibrid lavanda büzücü qarışığın səni boz gündəlik həyat atmosferindən çıxaracaq və yeni ideyalar bəxş edəcək.