Yay ətirləri: redaktorun seçimi

Günlər nə qədər isti olarsa, bir o qədər də təravətə ehtiyac olur: bizim gözəllik redaktorumuz isti yay günlərində boğulmamaq üçün dörd ətir seçib.

1. Yay rəngi

 

Açıq hava əyləncələri üçün mükəmməldir.

İsti yay gümlərinin gəlməsilə mən ilanq-ilanq və ya qırmızı yasəmən norlu isti və şirin ətirləri mümkün qədər əlçatmaz yerə qoyuram – çünki daha çox zərif güllü və yüngül ətirlərə ehtiyacım olur. Bu yay daha çox freziya ətirləri aktualdır – daha çox zərif və itidir. Əgər eksperiment etmək istəmirsənsə yay paltarları ilə əla uyğun gələcək ənənəvi gül ətirlərindən istifadə edə bilərsiniz.

Notları axtarıram: freziya, portağal çiçəyi, peona, ağ zanbaq

Tövsiyə edirik: Giordani Gold Essenza

Məsləhət: saçlar ətri yaxşı saxlayır – darağa və şotkaya bir qədər ətir vuraraq saçlarını dara.


 

2. Təravət və sağlamlıq

Yay və şəhər üçün mükəmməldir

Müşk notlu ətirlər daha çox baza ətri kimi istifadə olunur. Çünki o digər ətirlərin qoxularını oyadaraq onları daha çox qalıcı edir. Müşk notlu ətirlər bir-birlərindən  çox fərqlənirlər. Məsələn ağ müşk yazın gəlişindən xəbər verir. O insanda təmizlik və təravət hissi oyadır.

Notları axtarıram: ağ müşk

Tövsiyə edirik: Elvie Eau de Toilette

Məsləhət: ətrinin uzun müddət korlanmaması üçün onu sərin və quru yerdə saxla.

3. Zərif şərbət

Gecədən səhərə qədər oynamaq istəyənlər üçün mükəmməldir

Bu yayın əsas ətir trendlərindən biri – şərbət notudur: şirin, dadlı, zərif. Gül ətirləri ilə qarışıq təravətli və meyvə ətirləri yay günlərində əhval-ruhiyyəni qaldırırlar.

Notları axtarıram: çiyələk, yemiş, moruq, çəhrayı qreypfrut, şaftalı və limon.

Tövsiyə edirik: VIP Night

Məsləhət: ətrin daha çox qalıcı olmasını istəyirsənsə duşdan çıxan kimi ətri bədəninə vur, nəm bədəndə ətir daha çox qalıcı olur.

4. Okean nəfəsi

Əyləncə və çimərlik üçün mükəmməldir

Dəniz brizinin duzlu notu gül ətirləri ilə ahənglik təşkil edərək gül notlu ətirlərdə aktual dönüş yaradır. 

Notları axtarıram: dəniz suyu, dəniz eleksiri, məmir

Tövsiyə edirik: Blue Wonders

Məsləhət: hər il ərzində yeni mindən çox ətir yaradılır, bu ətirlərin içində sən mütləq olaraq öz ətrini seçə bilərsən!


 





Mətn: