GLACIER TUALET SUYU
Təravətli, həyatverici Glacier idmançı və azad ruhlu kişiyə uyğun olacaq. Ətir tezə limon, berqamot və ananasın notları ilə açılır, rozmarin, yovşan və lavandalı ağac ətrinə keçir və ambra və muskuslu əsasla bitir. Kompozisiyanın müəllifi Filip Buseton Adidas, Davidoff, Blumarine və Van Cleef & Arpels üçün ətirlər yaradıb.
GIORDANI GOLD MAN TUALET SUYU
Gözəl şeyləri yüksək qiymətləndirən və əsl ehtirasla dolu bir həyatı yaşayan kapriz, özünə inamlı bir kişi üçün məşhur ağac ətiri. Ətir dəniz akordunun təravəti ilə vəhdətdə olan berqamot və qara bibərin parlaq notları ilə başlayır, Ürək - tədricən isti vetiver və sandal notlu ağac və ambra şleyfinə keçən neroli və yasəməndir. Kompozisiya, Amuage, Carolina Herrera, Hermes, Hugo Boss, Lancome, Yves Saint Laurent, top lüks brendlər üçün ətirlər hazırlamış Natali Faystxauer tərəfindən yaradılmışdır.
ECLAT HOMME SPORT TUALET SUYU
Sevindirici canlı və təbii elegant ağac və su buketi, təcrübəli bir kapitan əminliyi ilə öz həyatını idarə edən və onun hər anında sevinc tapan kişiyə uyğun gələcək. Eclat Homme Sport okean enerjisini təcəssüm etdirir. Bergamot, mandarin və çəhrayı bibər əvvəlcə oregano və ağ tminin ədviyyatlı ürəyinə, sonra süet, sidr, paçuli və muskus notlu əsasa keçir. Kompozisiyanı Le Labo, Max Mara və Tous ilə birlikdə işləmiş Vensan Şalle yaradıb.
TUALET SUYU EXCITE BY DIMA BILAN
Bir flakon içində oyadıcı təravət və hədsiz həssaslıq! Gücünü sakitləşdirmək mümkün olmayan qışqıran okean kimi, bu ətir ehtirası oyadır və qəlbləri fəth edir. Berqamot, qovun və yovşan üst notları təravətin güclü təzahürüdür, sidr və yosun notları isə hisslərin təbii gücünə dərinlik bəxş edir. Parfüm Dima Bilan ilə birgə yaradılmışdır: o, xüsusi olaraq Oriflame üçün yalnız kataloqmuzda olan Dancing Lady mahnısını yazmışdır.
Kişilər üçün əfsanəvi ətir
Bu il Oriflame-in bir neçə kişilər üçün ətri 10 illiyini qeyd edir. Əfsanəvi məhsullar haqqında danışırıq!