Hialuron turşusu və onun unikal xüsusiyyətləri

Hialuron turşusu dəriyə qulluq sahəsində ən populyar komponentlərdən biridir və bu, əsassız deyil. Nəmləndirməyə və nəticədə dərinin parılaqlığına görə biz məhz ona təşəkkür etməliyik. Gəl onun başqa hansı səbəblərə görə sənin diqqətinə layiq olduğunu öyrənək.

Hialuron turşusu haqqında nəyi bilmək lazımdır?
Hialuron turşusubu, sadəcəc kremlərin və serumların aktiv inqrediyenti deyil, həm də dərinin və birləşdirici toxumanın struktur komponentidir, o, insan orqanizmində istehsal edilir. Təbii nəmləndirici amilin (NMF) – dərinin buynuz təbəqəsinin molekullarının kompleksinin vacib tərkib hissəsidir, o, dəriyə nəmlənmiş, elastik qalmağa kömək edir, həmçinin xarici təsirlərdən qoruyur.

Hialuron turşusu dəri üçün nə ilə faydalıdır?

  • O, maqnit kimi nəmi cəlb edir və onu dəridə saxlayır.
  • Onun təbii qoruyucu maneəsini dəstəkləyir və gücləndirir
  • Kobud və quru dərini yumşaldır və hamarlaşdırır
  • Dəriyə elastiklik və parlaqlıq verir
  • Qırışları hamarlayır

Hialuron turşusu necə işləyir?

Hialuron turşusunun molekulları çəkisi özünkündən 1000 dəfə daha çox olan nəmi çəkə və saxlaya bilər. Bu maddə dərinin üst qatını nəmləndirir, həmçinin ipəklik və parlaqlıq bəxş edərək onu yumşaldır və hamarlaşdırır. Hialuron turşusu quru, kobud və solğun dəri üçün xilasdır.

NMF komponenti (təbii nəmləndirici amil) olmaqla, hialuron turşusu dəri maneəsinin normal fəaliyyəti üçün lazımdır. O, rütubətin itirilməsinə mane olur, dərinin təbii qoruyucu funksiyalarını bərpa edir və ona möhkəm və elastik qalmağa kömək edir.

Gündəlik qulluqda hyaluron turşusu yalnız nəmləndirmə və parlaqlıq üçün vacib deyil. Bu komponent bütün dəri növləri ilə effektiv şəkildə işləyir, lakin quru dəri sahibələrinə xüsusilə faydalı olacaq. Bundan əlavə, hialuron turşusu qırışları dərhal dolduraraq gəncləşdirici effekt göstərir.

Hialuron turşusu və natrium hialuronat arasındakı fərq nədir?
Hər iki komponent dərini effektiv şəkildə nəmləndirir. Lakin hialuron turşusu – bu, təbii yolla orqanizm tərəfindən istehsal edilən təmiz maddədir. Natrium hialuronat isə hialuron turşusunun duzudur. Onun molekulları daha kiçik ölçüyə malikdir və dəriyə daha dərindən nüfuz edə bilər.

Hansı vasitələrin tərkibində hialuron turşusu var?
Oriflame-in bir çox məhsulları tərkibində hialuron turşusunun olması ilə öyünə bilər. Nədən başlamağı bilmirsən? Bu siyahıdakı məhsulları tövsiyyə edirik:

NovAge Ecollagen Wrinkle Power qırışlara qarşı üz serumu
Üz və boyun üçün yaşlanma əleyhinə NovAge Time Restore serumu

NovAge Ultimate Lift Kontour Define üz və boyun üçün serum-liftinq
Optimals Age Revive yaşlanma əleyhinə serum
İntensiv dəri bərpası üçün gecə maskası
Optimals üz patçları