Ətirlər vasitəsi ilə əhval-ruhiyyəni dəyişdir

Qoxular hormonal fonumuza təsir edir və əhval-ruhiyyəni tamamilə dəyişə bilər – elmlə sübut olunub. Biz yeni parfümləşdirilmiş "Feel Good" xəttinə müəyyən emosiyaları gücləndirən təbii maddələr əlavə etdik - sına və əhval-ruhiyyə yarat!

1. Gümrahlıq: yudzu və nanə 
Yapon sitrusu yudzu yabanı şəraitdə bitə bilər və -9 dərəcəyə qədər soyuqlara davam edə bilər və onun güclü ətiri şam ağacı və çiçək notlu naringi və qreypfrutun qarışığıdır. Təzə nanə yarpağı əlavə edək: o, gücü bərpa edir, təravərləndirir, stimullaşdırıcı təsir göstərir, yorğunluq və qıcıqlanma ilə mübarizə aparır. Məhsuldar səhər üçün canlandırıcı kokteyl hazırdır!

2. Müsbət ruh: qırmızı portağal və sarıkök 
Günəşə bənzəyən hər şey bizi xoşbəxt edir - asan səslənir, amma bu işləyir! Qırmızı portağalın şirəli ətiri tonlaşdırır, bədbinliyi aradan qaldırır, məhsuldarlığı artırır, narahatçılıqla mübarizə aparır, nikbinlik verir və öz gücünə inanmağa kömək edir. Biz onu bir qarış sarıköklə tamamladıq - bu ədviyyat ənənəvi çin təbabətində depressiyanı müalicə etmək üçün istifadə edilir.

3. Rahatlanma: lavanda və sidr 
Quru lavanda və ya bir neçə damcı yağ ilə yastıqlar həddindən artıq həyəcanı aradan qaldırır, çətin bir günün qayğılarını unutmağa kömək edir və ev rahatlığı rejiminə keçməyinə kömək edir. Bədən üçün olan məhsullarımızda lavanda sidr ilə tamamlanır: onun ətiri şüuru sanki məşə gəzintisi kimi hərfi mənada yeniləməyə qadirdir. Sidr qoxusu daxili harmoniyanı bərpa edir, yaradıcı düşüncəni oyadır.

4. Hissiyatlıq: gavalı və qara bibər 
Sevgi havada uçur! Gavalı notu sirr və cazibə atmosferi yaratmağa kömək edəcək – bu indi həssas ətirlərin ən dəbli komponentidir. Bir çox mədəniyyətlərdə afrodizyak hesab edilən ədviyyatlı qara bibər xüsusi bir hadisə üçün kompozisiyanı tamamlayır.

Mətn: Şəkil: Oriflame