QADINLAR ÜÇÜN
Bu gözəl hədiyyə olmaqla yanaşı faydalı aksessuardır. Yaylığı boyunda, beldə və çantada asmaq, hətta saçlara bağlamaq olar – variantlar olduqca çoxdur. O bu hədiyyəni çox bəyənəcək!
Klassik seçim: bayram bağlamasında ürək formalı sırğalar və ya boyunbağı əla hədiyyədir. Əllə yazılmış açıqca düzəlt və mövzuya uyğun yapışqanlar əlavə et. Sevgilin üçün hədiyyə hazırdır!
Həyatı yüksək ritmdə keçənlər üçün əla seçimdir. Onu gözəl qablaşdırmada hədiyyə ver və ən əsası görüşə gecikmə!
KİŞİLƏR ÜÇÜN
Qara şərf istənilən tərz və situasiyaya uyğun olacaq. Biz daha çox yumuşaq materiallı şərflərə üstünlük veririk — çox dəbli və eyni zamanda sadə görünür.
Detallar tərzi tamamlayırlar. Keyfiyyətli mallar ona şıklıq verir. Metal elementli qara kəmər seç, heç vaxt səhv etməzsən.
Saatlar nəinki vaxtın, həmçinin statusun göstəricisidir. Əgər sən hansı dizaynı seçməyi müəyyənləşdirməmisənsə, onda eletron göstəricili saatlara üstünlük ver. Bu cür aksessuar dəbli görünməklə yanaşı həm klassik tərz, həm də gündəlik tərzə uyğun gələcək.