Idman dəbi

İdman — gözəllik və sağlamlıqdı, lakin bu gözəlliyin yalnız gözəl bədən quruluşundan ibarət olduğunu fikirləşmək lazım deyil! İdman — həmçinin dəbdir: cəsarətli siluetlər, innovativ parçalar və funksional dizayn. Orifleymin rəsmi stilisti Roman Belosnejniy payız mövsümünün ən parlaq idman tentensiyalarından danışacaq.

İdman kejual tərzi öz qarderobuna yeni həyat verməyin bir növüdür. Bunu etmək üçün adət etdiyiniz tərzə bir neçə idman tərzində olan geyimləri əlavə etmək kifayətdir.

Məsələn, bu element əlvan rənglər ola bilər. Fəal istirahət zamanı fluoresent vurğu nəinki səni digərilərindən fərqləndirəcək, həmçinin əhvalını müsbətə doğru dəyişəcək.

Daha sərin havalar üçün “Gələcəyə geri” kinofilmindən Marti Makflayın jiletinə bənzər bir geyim ola bilər – o həm bədəni isti saxlayacaq, həm də hərəkətə mane olmayacaq. Ümumiyyətlə üst geyim  digər geyimlərdən daha əlvan olmalıdır. Axşamlar qaçmağı və ya velosiped sürməyi sevirsənsə işik əksetdiriciləri mütləq vacivdirlər.  

İdman üslubunun vacib və fəal elementi parlaq və görünən xətdir. Sarı, bənpvşəyi, çəhrayı və digər rənglər səni çoxlarından seçəcək. Bu üslubun xüsusiliyi parlaq detallar və elementlər – hətta ən sadə ağ köynəyi belə xüsusi göstərməyə imkan verəcək. 

İdman üslubunun vacib və fəal elementi parlaq və görünən xətdir. Sarı, bənpvşəyi, çəhrayı və digər rənglər səni çoxlarından seçəcək. Bu üslubun xüsusiliyi parlaq detallar və elementlər – hətta ən sadə ağ köynəyi belə xüsusi göstərməyə imkan verəcək.

İdman kejualının ümumi qaydası uyğunluqdan ibarətdir: idman elementlərini demək olar ki, istənilən geyimlə uy=ğunlaşdırmaq olar, lakin bunmu jinc və ya qısa şalvarla etmək daha məqsədəuyğun olar. Beli rezinli jins-cogerlərə fikir ver, onlar həm idman tərzini tamamlayır, həm də daha dəbri üslub yaradır. 

İdman ayaqqabısı üslubu əla tamamlayır bu mövsümün tamamilə must-have-i ağ rəngli ayaqqabıdır. Bəli ayaqqabını hətta altı da ağ olmalıdır. Əgər ağ rəngli idman ayaqqabısı sənə həddən artıq parlaq gəlirsə, onda müxtəlif rəngli idman ayaqqabısına üstünlük verə bilərsən, ən əsası odur ki, ayaqqabı digər geyimlərlə kontraslıq təşkil etsin. Yüngül atletika idmançılarına və futbolçuların geyimlərinə nəzər salın!

Tikilişə qaldıqda isə əlbəttə ki, idman geyimləri rahatlılığı  və funksionalllığı ilə seçilməlidir. İdman geyimlərinin üzərində işləmələr, əlavə qatlar olmamalıdır. Əlbəttə ki, seçilmək lazımdır, yalnız bunu parlaq rənglərin kombinasiyası ilə etmək lazımdır.

Aktual üslubu yaratdıqda uzunluq və ölçüyə də fikir verilməlidir. Geyim dartılmış olmamalıdır, çiyinlər yerində olmalıdır, həmçinin şalvarın balaqları küçəni süpürməməlidir. Öncə qeyd etdiyimiz kimi, ideal uzunluq topuğa qədərdir.Dartılmış qollar və boyunluqlu geyimlərdən uzaq ol, ən əsası dəqiq xətlər və idman siluetidir!  

 

Mətn: Şəkil: Oriflame