Hazırlıq
Parlaq dodaqlar - gözəldir, ancaq onlar yüksək keyfiyyətli plasdarm tələb edir. Dodaq boyası hamar və yumşaq dəri üzərində daha yaxşı oturur (və daha yaxşı görünür). Tez resept: dodaqları diş fırçası ilə yavaşca sürt və ya skrabdan istifadə et, sonra isə 5-10 dəqiqəlik yumşaldıcı balzam çək. İndi işə başlamaq olar.
Rəng seçimi
Parlaq dodaq boyalarını tam olaraq hamı çekə bilər – sirr düzgün seçilmiş çalardadır. Nədən başlamaq lazımdır? Əlbətdə ki, dərinin çalarından.
Bilək damarlarına baxırıq. Mavidir? Soyuq çalarlar arasında dodaq boyasını seç. Yaşıldır? İsti çalarları sınamaq olar. Biləyində nə rəngin olduğunu başa düşə bilmirsən? Bütün palitralar qarşında açıqdır!
Əslində, bütün palitralar hamı üçün açıqdır. Parlaq dodaq makiyajının əsas qaydası təcrübələrdən qorxmamaqdır. Sadəcə fərqli şeyləri sına və parlaq dodaq boyası ilə üzünün dəyişdiyini görəcəksən. Hətta cəsarətli gavalı rəngi birdən "oynamağa" başlaya bilər və yeni obraz kəşf edəcəksən. Elə həmin həcm effekti ilə THE ONE Colour Stylist 5-i 1-də dodaq boyası eksperimentlər üçün əladır: onda ifadəli, lakin qabarıq olmayan 10 çalar var, üstəlik - ani həcm effekti.
Gözləri çəkmək lazımdır?
Parlaq dodaq boyası köhnə Hollivuddan bəri tanınan klassik texnikadır. Bu vurğuya smoki ayz əlavə etmək olarmı? Buna sən qərar verməlisən, ancaq bu, diqqəti dodaqlarından yayındıra bilər. Çox vaxt parlaq dodaq boyası üçün ideal yoldaşlar təmiz, parlaq dəri, aydın qaşlar və tuşla çəkilən(yalnız tuşla!) kirpiklərdir. Bunun üçün bizdə THE ONE Illuskin Aquaboost SPF 20 nəmləndirici tonal krem (üzə "parlayan", lakin yağlı olmayan finiş verir ) və The One Tremendous pişik gözləri effekti ilə tuş (kirpiklərə lazımi həcm və uzunluq verir) var.
Dırnaqlara nə olub?
Parlaq dodaq boyası ilə görünüşü daha da dəbli etmək üçün sınanmış və sürətli üsullardan biri də dodaq və dırnaqların rəngini uyğunlaşdırmaqdır. Oriflame dırnaq boyaları palitrasına baxırıq və parlaq, çalara uyğun seçimlər axtarırıq.
Uyğun aksesuarlar
Burada isə müəyyən bir sirr var. Çalış ki, sənin əsas aksesuarlarından biri - əl çantası, yaylıq, ayaqqabı, broş, sırğalar – dodaqlardakı rəng ilə uyğunlaşsın. Bu detal gözə dəymir, ancaq obrazı çox "yaxşılaşdırır".