Nöqtə qoy: təmiz məsamələr üçün 6 layfxak

Nə etsən də, onlar. Əmələ gəlir. Yenə də. Qara nöqtələr! Onlara qarşı mübarizə sorğular üzrə bütün rekordları vurur: yalnız Google-da "qara nöqtələri aradan qaldırmaq" 2,5 milyon dəfə axtarıldı. Qəbul etmək və bağışlamaq - yoxsa sona qədər mübarizə aparmaq? Gəl araşdıraq!

Yəqin ki, İnstaqramda xayplı qara maska görmüsən: tətbiq edirsən, çıxarırsan və bütün çirklənmələr onun üstündə qalır. Qara nöqtələrdən olan maskalar trendi sosial şəbəkələri bürüdü: deyəsən, hamı onu sınadı, amma bu həqiqətən işləyirmi? Qara nöqtələri yalnız yapışqan maska ilə məğlub etmək mümkündürmü?

Əsas sual: nə üçün?
Qara nöqtələr - məsamələri  və dolduran və oksigen təsiri altında tünd boz rəngə qədər oksidləşən sebum və ölü dəri hüceyrələrinin birləşməsidir. Yağlı dərinin sahibləri onlardan daim əziyyət çəkirlər, qalanları isə zaman-zaman, sebum adi haldan daha çox olduqda.

Sebumun istehsalı hormonlar tərəfindən tənzimlənir (məsələn, testosteron), bu isə o deməkdir ki, qara nöqtələr demək olar ki, qaçılmazdır. Yetkinlik yaşa çatma, hamiləlik, menopauza, menstruasiya - qadınlarda hormonal atlamanın milyona yaxın səbəbi var. 

Qara nöqtələrdən birdəfəlik və həmişəlik qurtulmağın mümkün olmadığını başa düşmək vacibdir. Hətta dərin təmizləndikdən sonra da sebum məsamələrdə yığılmağa davam edir və tədricən yeniləri əmələ gətirir. Dərinin təmizliyini qorumaq yalnız sistemli qulluğun köməyi ilə mümkündür.  

Necə daha da pis etməmək?
Burnundakı qara nöqtələrin sayını artırmaq istəmirsənsə, lazım deyil:

1. Sıxmaq
Mexaniki təmizlənmə - yalnız kosmetoloqun yanında! Mütəxəssis dərini düzgün hazırlayacaq və çirkləri diqqətlə çıxara biləcək. Ev şəraitində bir nəticə var – damar zədələri və yalnız bahalı lazerlə çıxarılan kuperoz. Qara nöqtələrə basmağı dayandır və böyüdücü güzgünü at: bu kraterləri səndən başqa heç kim görmür.

2. Çox aqressiv şəkildə təmizləmək
Sebum bir örtük əmələ gətirəndə, məsamələr isə dolanda, demək olar ki, hamısını dəridən qaşıyıb çıxarmaq istəyirsən. Lazım deyil! Böyük hissəcikli skrablar, spirtli toniklər və xırıltıya kimi yuyan köpüklər qoruyucu təbəqəni öldürür. Nəticə - daha çox sebum və qara nöqtələr.

3. Nəmləndirmədən imtina etmək
"Dərim onsuzda çox yağlıdır, kremi nəyləyirəm?" - deyəcəksən və səhv edəcəksən. Yağlı dəri yaxşıca susuzlaşa bilər - və onu lazımi miqdarda nəmlə doldursan, sebum istehsalı azalacaq.

Yaxşı, mən nə edə bilərəm?

1. Tərkibdə salisil turşusu axtar
Bəlkə də qara nöqtələrlə mübarizə aparan əsas maddələrdən biridir: dəri səthindəki artıq sebumu və ölü hüceyrələri onların məsamələrin doldurmasına mane olaraq mükəmməl şəkildə çıxarır. Üz yuma üçün gel ilə başla və tədricən tonikkrem əlavə et - dəriyə onun güclü təsirinə alışması üçün vaxt lazım olacaq.

2. Yumşaq, amma dərindən təmizlə

Əla yuyur, qurutmur, dartışdırmır, təravət hissi verir – bu, üz yumaq üçün mükəmməl gelin portretidir. Aşındırma problemli dərilər üçün faydalıdır, buna görə də skrab lazımdır - ancaq çox yumşaq və həftədə bir dəfədən çox olmamalıdır. Sürtmək lazım deyil! Daha çox məhsul götür və basmadan əllərlə dərinin üzərinə çək. Əər o qızartı və həssaslıqla reaksiya verirsə, s dərikrabı təmizləyici qurğu və ya turşularla pillinqlə əvəz et.

Bütün səylərinə baxmayaraq məsamələr hələ də doludursa, aktiv maddələr dəriyə girə bilməyəcək: əmələ gəlmiş qara ləkələri çıxarmaq vacibdir. Yadındadırsa, əllərlə heç nəyə basmırıq - ancaq kömür maska örtüyü evdə etmək olar. Üzü buxara ver, tətbiq et və tam quruyana qədər saxla. 20 dəqiqədən sonra maska tamamilə sərtləşdikdə, çənə ətrafında yumşaq şəkildə götür və örtüyü dəridən aşağıdan yuxarı istiqamətə çəkərək çıxar. Bütün çirklənmələr maska üzərində qalacaq.

Hər maska örtük səni qara nöqtələrdən azad etməyəcək: teksturanın özündən əlavə, tam effekti tonu düzəldən və çirklənmələri həll edən aktiv maddələr verir. Tərkibdə soyma effekti olan turşuları və vitaminləri axtar - məsələn, Pure Skin yenilikdə olduğu kimi.

3. Sağlam həyat tərzini sına (amma bu dəqiq deyil)
Bəzi nutrisioloq və dermatoloqlar, düzgün qidalanma və müntəzəm idman dərinin balanslanmasına kömək etdiyini iddia edirlər. Qidalanma ilə qara nöqtələrin sayı arasındakı əlaqə elmi cəhətdən sübut edilməmişdir, amma inanırıq ki, gündə bir şokolad hələ heç kimi daha sağlam etməyib (amma daha xoşbəxt - yəqin ki). Yağlı, qızardılmış və şirindən bir müddət imtina etməyə çalış və dərinə diqqət yetir. Daha yaxşı olacaq – cəsarətlə davam et.

Nəyi sınamaq olar?
Təmizləyici kömürlü maska örtük Pure Skin  məsamələri təmizləyir, qara nöqtələri aradan qaldırır, yağlı parlaqlığı azaldır və dərini təravətləndirir. Tərkibindəki xüsusi incə əzilmiş kömür kirşanı artıq sebumu absorbə edir. Ananas ekstraktı tərkibində yumşaq aşındırıcı təsir göstərən alfa-hidroksi turşuları (AHA), həmçinin nəmləndirici təbii şəkər və güclü antioksidant olan C vitamini var. Sızanaqlardan qurtulmaq istəyirsənsə, Pure Skin seriyasının qalan məhsullarına diqqət yetir.