8 mart: 2019-cu ildə nə hədiyyə etmək olar?

Sənin hədiyyən sözlərdən daha çox danışacaq. Xatırla, o, ən çox nə istəyir- bizim bələdçimiz onu heyrətləndirməyə kömək edəcək!

1. GÖZƏL DƏRİDƏN HƏZZ ALMAQ
Qayğı göstərmək və onun təbii gözəlliyini dəyərləndirdiyini göstərmək istəyirsən? Dəri qulluğu üçün vasitələr bağışla. Əgər dəri tipini, sevimli teksturu və lazımi effekti  bilmirsənsə, yaşına  diqqət yetir.  

30+ kateqoriyası üçün yenilənmiş qırış əleyhinə NovAge Ecollagen Wrinkle Power kompleks qulluğu tövsiyə edərdik. Tripeptid-texnologiyasına, aşağımolekullu hialuron turşusu və edelveys gövdə hüceyrələri ekstraktına əsaslanmış seriya yaşlanma əlamətləri əleyhinə kompleks mübarizə üçün yaradılmışdır. Kliniki cəhtdən təsdiq olunmuşdur -  qırışlar 49%-ə qədər azalır.*

2. QARDEROBU YENİLƏMƏK
İldə 365 gün dəbli obrazlar və hər mövsüm üçün yeni qərarlar – onun sübutudur? Detallar hər şeyi həll edir! Yay kolleksiyasından aksessuarlar seç. Romantik qıza çəhrayı kvarslı bəzək əşyası uyğun gələcək, karyera qadını yığcam çantanı, ziddiyyəti sevənlər isə - dəri və metalın  birləşməsini dəyərləndirəcək.


3. HƏR ŞEYƏ HAZIR OL
İşdən əyləncə gecəsinə  - onun çantasında gün ərzində bir neçə dəfə obrazı dəyişmək üçün lazım olan hər şey var. İstənilən vəziyyətdən çıxmağa kömək edəcək çoxfunksiyalı aksessuarları seç. Biz 4-ü 1-də fırça dəstini, manikür dəstiçıxarıla bilən asqılı boyunbağını çox bəyənirik.

4. ƏMİNLİK SAÇMAQ
Dedlaynlar, məqsədlər, tapşırıqlar – onun həyat tərzi dəqiqələrlə qeyd olunub, çünki, böyük xəyallar gerçəkləşməyə məcburdur. Məqsədyönlü xarakterin hüdudlarını vurğulayan Dare to Shine ətrini bağışla.

Ətirin əsasını Taiti adasının məşhur simvolu – tiare çiçəyi və ya taiti qardeniyası təşkil edir. Tiarenin ətri neroli, yasəmən və frangipaninin yaşıl və ballı çalarlarla birləşməsinə bənzəyir. Flakonun forması brilyant kəsiyini xatırladır- elə parlayır ki!

5. ÖZÜNÜ XÜSUSİ HİSS ETMƏK
O, başqalarına bənzəmir və ona edilən sürpriz də təkrarsız olmalıdır. Çətin olmayan testdən keç və onun maraqlarına, istəyinə və zövqünə uyğun hədiyyələri yığ. Təsəvvür et: başqaları ticarət mərkəzlərinə qaçarkən və növbələrdə dayanarkən sən hədiyyəni evdə, rahat divanında oturaraq seçirsən – və o birbaşa məqsədəuyğun olacaq!


*Kliniki sınaq nəticələrinə əsasən NovAge Ecollagen Wrinkle Power kompleks qulluğun artıq ilk istifadəsindən sonra qırışların həcmi azalır. Kliniki araşdırmalar Ori-derm laboratoriyasında 14 avqust- 10 noyabr 2017-ci il aralığında, 26 nəfər qadının iştirakı ilə aparılmışdır.

Mətn: Şəkil: Oriflame