Redaksiyanın yay seçimi

Bizim hamımız kimi Orifleymin redaktorları da yayı səbirsizliklə gözləyirlər. Onların səyahətə nə götürəcəklərini bilmək istəyirsən?


Fəal yay

Rusiya saytının redaktoru Kiril Kutalov yay üçün böyük planları vardır - təmiz havada idmanla məşğul olmaq və bazar günləri təbiət qoynuna səyahətlər. O hansı qulluq vasitələrindən istifadə edəcək? 

“Mütləq külək və ultrabənövşəyi şüalardan müdafiə edən günəşdən müdafiə vasitələri və dodaqlar üçün balzam. Uzunmüddətli velogəzintilərdən sonra yuyunma üçün yaxşı vasitələrə çox ehtiyac olur. Fəal həyat tərzi çoxlu enerji tələb etdiyinə görə isə mən yalnz vitaminlər deyil, həmçinin Omega-3 turşularını da qəbul edəcəyəm".


Aralıq dənizinin çimərlikləri

İsveç saytının redaktoru Sandra Mariç yayı Serbiyada keçirəcək. Ailəsi və dostları ilə birgə o Aralıq dənizinin mənzərəli çimərliklərindən həzz alacaq. Sandra özü ilə bunları götürəcək:

SPF 30 yüksək dərəcəli müdafiəyə malik Sun Zone günəşdən müdafiə losyonu
“Dərinin zərəli şüalardan və vaxtından əvvəl yaşlanmadan müdafiə etmək üçün günəşdən müdafiə vasitələrindən istifadə etmək çox vacibdir. Buna görə də yüksək dərəcəli SPF vasitələri mütləqdir.”  

Giordani Gold nəmləndirici makiyajaltı əsas
“Mən bu sayrışan effektə malik nəmləndirici vasitənin köməyilə almacıqlarımı vurğulamağı və dərimə təbii parıltı bəxş etməyi sevirəm. Mən həmçinin onu bədən losyonuma da əlavə edirəm” 

Giordani Gold "Möhtəşəm parıltı" dırnaq boyasının Qiymətli mirvari çaları
“Dırnaq boyası ən yaxşı aksessuardır. Mən parlaq rəngləri xoşlayıram, lakin bu yay mənim seçimim - parıltıya malik yumşaq pastel çalarlarıdır.”


Cənubi Amerika sahilləri 

Bizim Latın Amerika redaktorumuz Marianella Kampos yaşadığı və işlədiyi Santyaqo yaxınlığındakı dənizdə dincələcək. O yay qulluğu üçün bunları seçib:

“Əlbəttə ki, günəşdən müdafiə vasitələri! Onlar bütün il boyu, xüsusilə yayda lazımdırlar. Bundan əlavə, mən gündüz kremləri, CC-kremlər və SPF məhsullarından istifadə edirəm. 

“Mən suya davamlı tuş və davamlı maye göz qələmindən istifadə edirəm", - Marianella deyir. Həmçnin o həmişə özü ilə sevimli ətrə malik "Zərif qayğı" dodaq balzamını götürür.  

Mətn: Şəkil: Oriflame Editorial Team