Top-5 byüti-məsləhət

Biz gözəllik redaktorlarımızdan indiyənə qədər aldığı əsas byüti-məsləhətləri bizimlə bölüşməsini xahiş etdik.

 FATİMA DE LAÇİKA

Latın Amerikası

“Heç vaxt makiyajı silməmişdən öncə yatmaq olmaz. Əsas üz dərisini gündə iki dəfə - səhər və axşam nəmləndirilməsidir. İndiyənə qədər üz dərisinə qulluq üçün mənə verilən məsləhətlərdən biri yatağınızın yanında makiyajın silinməsi üçün salfetlərin saxlanılmasıdır. Salfetlərlə nə qədər yorğun olmağınızdan asılı olmayaraq dərhal və rahat makiyajınızı təmizləyə bilərsiniz”. 

SOFİYA MARİNO DE LEMOS

İsveç
 «Mənim anam həmişə deyirdi ki, saçlar qadının əsas aksessuarıdır. Ona görə də onlara qulluq etməyi heç zaman unutma.  O tamamilə doğru qeyd edir. Çünki parlaq, canlı və gözəl saçlar da gözəl üz dərisi kimi sağlamlıqdan xəbər verir. Mütəmadi olaraq gözəllik salonlarına getmək, saçların rəngini bilavasitə rəngləmək və həftədə iki dəfə saç maskaları etmək mənim əsas saçlara qulluq qaydamdır».



SANDRA MARİÇ
Qərbi Avropa

«Ən yaxşı byüti məsləhəti mənə tanıdığım vizajist verib: kirpikləri burmamışdan öncə kirpik burmaq üçün aləti bir qədər qızdır. Byu nəinki kirpiklərin yaxşı burulmasını, hətta tuşun uzunmüddətli qalmasına kömək edəcək».

DEVANTİ SUBİDJANTORO
İndoneziya

«Bir insan mənə gözəllik sirrini açdı: bu xöşbəxtlik hissi və sağlam dəridir. Ondan sonra mən dəriyə kompleks qulluğa çox vaxt ayırıram və bilavasitə gülürəm”.

DAMLA AYGÜN

Türkiyə

«Mənim nənəmin ideal dərisi var idi. Mən ondan bu gözəl dərinin sirrinin nə olduğunu öyrənəndə, o dedi ki, “ günəş həyatın ən böyük möcüzələrindən olsa da dərinin əsas düşmənlərindəndir. Ondan sonra mən hətta buludlu havalarda belə günəş şüalarından yüksək müdafiəedici kremlərdən istifadə edirəm”. 




Mətn: Şəkil: Sanna Franklin