Kişi qulluğunda buraxılan 5 səhv

Dəriyə kompleks qulluq möcüzələr yaratmaq iqtidarındadır. Qaydaları bilmək və səhv etməmək çox əhəmiyyətlidir. Səhv etməmək üçün hansı əməlin səhv, hansı əməlin isə düz olduğunu bilmək gərəkdir. Söhbətimiz çox yayılmış 5 səhv haqqındadır.

1. NƏMLƏNDİRİCİ VASİTƏLƏRDƏN İSTİFADƏ ETMƏMƏK

Dərinin vəziyyətinə bir çox amil təsir edir. Dərinin müntəzəm şəkildə nəmləndirilməsi və ona göstərilən qulluq tarazlığı saxlamağa köməklik edir. "Nord Oricinal" təraş sonrası balzamı  əldə etməyin daha düzgün qərar olar. Təraş sonrası vasitə olmaqla bərabər o, həm də nəmləndiricidir. Ondan dərinin nəm olduğu zaman, yəni üzünü yuduqdan və ya təraş etdikdən dərhal sonra istifadə et.

2. QURU TƏRAŞ ETMƏK

Təraş zamanı dərini kəsməmək və qıcıqlandırmamaq üçün düzgün təraş etməyi öyrən. Qaydaları yada salaq: tükləri yumşaltmaq və məsamələri açmaq üçün üz dərisini isti su ilə nəmləndir. Daha sonra dəriyə təraş gelini və ya təraş köpüyünü çək. Bu, dərinin qıcıqlanmasını azaltmağa kömək və sürüşməni təmin edəcək. Təraşı tüklərin çıxma istiqamətində et. Hər dəfə üzə çəkdikdən sonra ülgücü yu. Daha yaxşı nəticə əldə etmək üçün təraşı duş qəbul etdikdən dərhal sonra et: məsamələr açıq olur, təraş daha təmiz və hamar olur. Üzündəki təraş köpüyünü isti su ilə yuduqdan sonra sonda təraş balzamından və nəmləndirici kremdən istifadə et.

3. AŞAĞI STANDARTLAR

Pintilik və xarici görünüşə diqqət yetirməmək arasındakı hədd haradadır? Tük basmış üz və ya baxımsız saqqal heç də hamıya yaraşmır! Tez-tez bığlarını düzəlt və saqqalıına əl gəzdir, manikür et (dostlarının gülməyinə fikir vermə), özünə uyğun bərbər tap (qulaqlarında və burnundakı tükləri yolmağı unutma).

4. SƏHV SEÇİM ETMƏK

Uyğun vasitənin seçilməsi yorucu və bezdirici ola bilər. Vaxta və pula qənaət etmək üçün ilk rast gələn vasitənin alınması ehtimalı böyükdür. Biz səni yaxşı başa düşürük, lakin özünə az da olsa vaxt ayırmanı tövsiyə edirik. Özün üçün dəriyə qulluq vasitələrini almaqda utancverici heç nə yoxdur. Bu o demək deyil ki, sən hamıdan fərqlisən. Bu, sənin müasir olmağından və dedi-qodulara fikir vermədiyindən xəbər verir. Unutma ki, baxımlı görkəm ilə uğur bir-birinə bağlı anlayışlardır.

5. HƏDDİ AŞMAQ

Görkəmə kompleks qulluq uzun yoldur. Bu yolda, həmçinin həddin aşılması ehtimalı da var. Məsələn, saç mumundan lazımi miqdardan artıq istifadə edilməsi saçları gözəl deyil, yağlı göstərər. Bir dəfəyə yarım şüşə tualet suyundan istifadə etmək düzgün deyil. Sənə yaraşanı tap və bu qaydaya əməl et.
Uğurlar!

 

 

Mətn: Şəkil: Oriflame