Dekolte nahiyəsi öz təbii xüsusiyyətlərinə görə çox tez elastikliyini itirir. Dəri cazibə qüvvəsinin təsiri altında asanlıqla dartınır çünki o yalnız bir əzələ - boynun dərialtı əzələsi tərəfindən dəstəklənir. Bundan əlavə, burada piy vəziləri demək olar ki, yoxdur. Hamiləlik, uşaq qidalandırılması, hormonal atlamalar, çəki dəyişiklikləri- bütün bunlar dərinin vəziyyətini kəskin şəkildə pisləşdirə bilər.
Bəlkə də artıq üz üçün qulluq vasitəni boynuna və dekolte nahiyəsinə tətbiq edirsən. Əla! Ancaq bura üçün adi kremlər kifayət deyil: bu nahiyənin ehtiyaclarını ödəyəcək xüsusi bir vasitə lazımdır. Elastiklik bəxş edəcək - və eyni zamanda belə incə, həssas dəriyə zərər verməyəcək.
Bayram çıxışları üçün dekolte nahiyəni hazırlamağa kömək edəcək çek list hazırladıq. Artıq indidən başla, təstiq işarələri qoy və parla!
HƏFTƏDƏ BİR DƏFƏ
Aşındırma
Zaman-zaman ölü dəri hüceyrələrini çıxarmaq və aktiv komponentlərin dərinin daha dərin qatlarına hopması üçün mütləq şəkildə yumşaq skrab və ya pilinq istifadə et.
Özünə masaj
Dərinin tonusunu artırır və dəriyə qulluq məhsullarının təsirini gücləndirir. Dekolte nahiyəsini aşağıdan yuxarıya istiqamətində yüngül dairəvi və spiral hərəkətlərlə masaj et.
HƏR GÜN
Məşqlər
Dekolte dərisini tonusa gətirməyə kömək edəcək ən effektiv məşqlərdən birini sına. Onu hətta iş masası arxasında etmək olar! Sadəcə ovcularını sinə səviyyəsində qarşında birləşdir və dirsəklərini yanlara çevir. Ovuclarını bir-birinə bas və bu vəzziyyətdə bir neçə saniyə qal. Ən azı 10 dəfə təkrarla.
Kontrast duş
Dərini mükəmməl şəkildə gücləndirir və qan axını sürətləndirir. Kiçik temperatur fərqi ilə başla və dekolte nahiyəsinə xüsusi diqqət yetir: az təzyiq altında su axınlarını ona yönəlt və dairəvi hərəkətlər et.
Günəşdən qorunma
Dekolte nahiyədə dəri çox incə və həssasdır, buna görə o xüsusilə fotoqocalmaya meyllidir. İstidə çox açıq geyimlərdən qaçınmağa çalış və SPF-li krem haqqında unutma.
Xüsusi qulluq
Baxımın son mərhələsi kimi boyun və DEKOLTE ÜÇÜN NOVAGE KONSENTRATLAŞDIRILMIŞ KREM heykəltəraşdan istifadə et: aşağıdan yuxarıya istiqamətində masaj hərəkətləri ilə çək. Tərkibindəki PRO-LASTIN texnologiyası dəri hüceyrələrində elastinin sintezinə görə məsul olan enzimin istehsalını stimullaşdırır və o, öz növbəsində qırışlarla mübarizə aparır. Nəticəni artıq dörd həftədən sonra görəcəksən!