Strobinq: yeni konturlaşdırma

Konturinq əvəzinə gözəlliyini yumşaq və təbii şəkildə vurğulamağa kömək edəcək strobinq trendi gəlib. Yeni THE ONE xaylayterlə dəbli makiyajı necə etməyi öyrən!

STROBİNQ NƏDİR?

Strobinq texnikasının məqsədi üzə relyef vermək və işıqlı, sağlam və təbii dəridir.Konturinq zamanı qaralma üçün tündləşdirici vasitənin (bronzerin) köməyi ilə üz cizgilərini vurğulayırıqsa, strobinq zamanı lazimi effekti müəyyən sahələri işıqlandıraraq əldə edirik.

BUNU NECƏ ETMƏK LAZIMDIR?

Strobinq texnikasını mənimsəmək çox asandır:

1. Çıxan sahələrə xaylayter çək: yanaq sümükləri, burun körpüsü, qaşın altındakı boşluq, üst dodağının üstündəki orta nahiyyə.
2. Daha intensiv, amma yenə də zərif bir parlaqlıq üçün bir neçə damla xaylayteri sevimli nəmləndirici vasitənən, praymerlə və ya tonal əsasla qarışdır və bütün üzünə çək.
3. Qollar və dekolte açıqdırsa, üzündəki parlaqlığı qorumaq və onu daha təbii hala gətirmək üçün körpücük sümüklərinə və çiyinlərə xaylayter əlavə et.


HANSI XAYLAYTERİ İSTİFADƏ ETMƏK LAZIMDIR?

Parıldayan yox, daha çox işığı əks etdirən bir inci xaylayterə ehtiyacın var - diskoteka topuna bənzəmək yox, təravətli və sağlam dəri effektinə nail olmalıyıq. Maye teksturalara üstünlük ver: onlar daha təbii effekt verir, dərinin teksurasını vurğulamır və onunla asanlıqla uyğunlaşır. Məsələn, IlluSkin texnologiyalı yeni THE ONE IlluSkin xaylayteri kimi: o, parlaq toz və piqmentlərin qarışığı sayəsində dərini gözəl şəkildə işıqlandırır.

Mətn: Şəkil: Shutterstock