1. EV ƏYLƏNCƏSİ
Dadlı yemək, sevimli dostlar və şaxər qədəhi əlində gülüşlər — bu komfortlu abu hava daha nəyisə tələb edir. Elə deyilmi? Məsələn, təravətli güllü notlu ətir. Əyləncə klublarına getməkdənsə, evdə qalaraq əylənməyə üstünlük verisəsə, sənə Women’s Collection ətri uyğun gələcək. Sadə və gözəl mono-ətirlər sənin və dostlarının xoşuna gələcək.
2. BEŞİNCİ GÜN ƏYLƏNCƏSİ
Ağır iş həftəsindən sonra əylənərək rahatlanmağı gözləyirsiz. Əminik ki, sən möhtəşəm görünmək üçün nə geyindiyini bilirsən. Çünki ətir seçimi ilə biz sənə kömək olacayıq. Meyvəli kokteylə VIP Club Bali diqqətini yetir. O rahatlıq hissi verəcək, lazımi əhval-ruhiyyə bəxş edəcək və səni əyləncənin ulduzuna çevirəcək.
3. KLUB
Uyğun ətir hər şeyi dəyişir. O insanlarda özünə əminlilik yaradır, ilhamlandırır və başgicəlləndirici effekt yaradır. Əgər sənin ən sevimli əyləncən — səhərə qədər rəqsdirsə, My Destiny ətrini seçməyi tövsiyə edirik. Güllü-meyvəli notlu dolğun parfüm ətri sənin fərdililiyini əks etdirir. Bununla yanaşı hər bir flakon unikaldır. Turmalin kristalı ətri xüsusiləşdirir – çünkü təbiətdə eyni minerala rast gəlinmir.
4. QALA-ŞAM YEMƏYİ
Əgər sənə eleqantlılıq ilə seçilmək lazımdırsa köməyinə Giordani Gold parfümu çatacaq. 40 il ərzində Giordani Gold dünya üzrə milyonlarla qadına dəbdəbə tərzli yaşamağa kömək edir. Ətrinizin axşamın ən füsunkar qoxusuna çevrilməyinə söz veririk.