QƏHVƏYİ RƏNGLİ GÖZLƏR ÜÇÜN…
Qəhvəyi gözlərə malik olanları həqiqətən də şanslı saymaq olar. Çünki, bu göz sahiblərinə demək olar ki, istənilən rəng uyğun gəlir. Ancaq sən məhz gözlərini vurğulamaq istəyirsənsə, qızılı və tunc rəng çalarları daha çox uyğun gəlir. Əgər göz çaları rəngi daha çox yerfındığı rənginə yaxındırsa, onda metal və badımcan rənglərindən istifadə et. Kontrast makiyaj sevənlərə isə mavi, yaşıl və çəhrayı rəng çalarları uyğun gəlir. Daha tünd göz sahiblərinə isə tünd rənglərdən istifadə olunnmuş smokilər uyğun gələcək.Sənin must have-in:
Gözlər üçün qalıcı qələm - göz kölgəsi The ONE Colour Unlimited– kofe və tunc rəngləri çalarlarında, Giordani Goldun südlü şokalad rənglərdə dördrəngli göz kölgələri.
MAVİ RƏNGLİ GÖZLƏR ÜÇÜN…
Əsas şərt: əgər sənin mavi gözlü doğularaq bəxtin gətiribsə makiyajda tünd rənglərdən qaç. Həmçinin smoki ays makiyajı da sənə uyğun gəlməyəcək – onıar mavi rəngə uyğunlaşmayacaqlar. Açıq rəngli göz sahibləri üçün mükkəmməl variant – koral və şampan rəngi, metalın soyuq krem rəngi çalarları olacaq. Nəsə qeyri-adi və təravətli bir rəng istəyirsən? Narıncı və ya al-qırmızı rəng çalarları qeyri-adi təzad təşkil edəcək!
Sənə bunsuz yaşamaq olmaz:
Krem rəngli göz kölgəsi-transformer The ONE Colour Impact – Çəhrayı – qızılı rəngli və mirvarili bej..
YAŞIL RƏNGLİ GÖZLƏR ÜÇÜN…
Sənin gözlərin təbiətən parlaq olduqlarına görə tünd rənglər sənin üslubunu yaxşılığa doğru dəyişməyəcək. Qara və ya qəhvəyi göz qələmi gözlərini və rəngini vurğulayacaq, qəhvəyi və ya tünd-boz çalarları isə gözlərinlə mükəmməl uyğunluq təşkil edəcək. Bir qədər təzadlı çalarlar əlavə etmək istəyirsənsə əlvan rənglərdən - laanda, bənövşəyi və ya ağappaq rənglərdən istifadə edə bilərsən. Gözləri vurğulamaq üçün isə - metalın sayrışan rəngləri bürünc, qızılı və ya gümüşü rəngləri uyğun gələcək.
Bu sənin kosmetik çantanda mütləq olmalıdır:
“Metal” rəngli maye göz kölgəsi The ONE Liquid Metal – bənövşəyi
Giordani Goldun dördrəngli göz kölgələri – kişmir gavalı.