Makiyaj fırçaları üçün bələdçi

Makiyaj fırçaları çoxdur, sən isə təksən. Çaşmaq çətin deyil! Hansı fırçaların nəyə uyğun gəlməsi və nələr üçün istifadə olunması göstərərək başa salacayıq.

TONAL ƏSAS ÜÇÜN FIRÇA
Bu fırça tonal əsasın çəkilməsi üçün lazımdır. Fırçanın yumru istiqamətli tükləri sayəsində tonal əsas üzə bərabər yayıla bilir. Bu fırça ilə tonal əsasın sulu və ya krem teksturlu olmasının fərqi yoxdur. Məsələn belə 

Necə istifadə etmək: tonal əsası üzün mərkəzinə çək və daha sonra alın nahiyyəsində boyun nahiyyəsinə qədər yay. Bu fənd tonal əsası bütün üz boyu eyni miqdarda yaymağa imkan verir.

KİRŞAN ÜÇÜN FIRÇA

İstənilən kirşan növünü — kompakt kirşandan tutmuş bronz kirşana qədər çəkməyə imkan verir. Adətən bu fırça enli yelpikvari formada olur. Bu fırça hətta kirşan qalıqlarını da üzdən təmizləməyə imkan verir.  

Necə istifadə etmək: kirşanı dairəvi hərəkətlərə bütün üz boyuna çək. 


KONSİLER ÜÇÜN FIRÇA

Yastı fırça yumru quruluşlu olduöuna görə konsileri, praymeri və istənilən digər vasitəni gözətrafı nahiyyə və burun yanlarına qüsursuz çəkməyə imkan verir. Biz konsiler üçün F05 fırçasını seçirik. 

Necə istifadə etmək: Konsilerin barmaqlarının ucluqları ilə dərinizə çəkin, daha sonra fırça ilə tam hopana qədər yayın.

ƏNLİK ÜÇÜN FIRÇA

Enli yelpik formasında yastı fırça kirşan, haylayter və bronzeri çəkmək üçün uyğun gəlir. Yumuşaq hissəciklər formanı saxlayaraq rahat təmizlənirlər. Kirşan üçün F04 yelpik formalı fırçadan istifadə et.

Necə istifadə etmək: Kirşan və ya ənlikdən bir qədər biləyinə çək, qalıqlarını çırp və vasitəni üzünə dairəvi hərəkətlərlə çək.


ƏNLİK ÜÇÜN KƏSİLMİŞ FIRÇA

Ucluqları kəsilmiş bu cür fırça ənliyi, haylayteri və kirşanı üzə daha bərabər və rahat çəkməyə imkan verir. Bizim seçimimiz: ənlik üçün kəsilmiş fırça F02

Necə istifadə etmək: Dəqiq yanaq sümüklərinin təsirinə nail olmaq üçün ənlik fırçasının bərk tərəfində istifadə edərək qulağın ortasından dodaqların küncünə qədər xətt çəkin. Üzə parlaqlıq vermək istəyirsiniz? Onda gül və yanaqların yuxarı hissəsinə ənlik çək. Ənliyin eyni bərabərlikdə olduğuna qədər davam et.


DODAQ BOYASI ÜÇÜN FIRÇA

Bu fırça yumuşaq pazşəkilli formaya malik olaraq həm dəqiq dodaq konturu çəkməyə, həm də dodaq boyası çəkməyə kömək edir.  Sizin L01 fırçanızda çıxarılıb taxılan qapaq mövcüddur. Sevimli dodaq boyanı fırçaya yığ və qapağını bağla bu sənə istənilən makiyajını təzələməyə imkan verəcək.

Necə istifadə etmək: açıq rəng dodaq boyasını dodaqların mərkəzinə, tünd rəngi isə dodaqların qıraqlarına çək. Bununla sən dodaqlarını vizual olaraq daha həcmli görsədəcəksən.

GÖZ QƏLƏMİ ÜÇÜN FIRÇA

Maye göz kölgəsi və ya maye qələm çəkmək istəyirsən? Onda bu fırçadan istifadə et! O istər maye, istərsə də quru teksturlu məhsulların dəriyə dahat yayılmasını təmin edir. Erqonomik forma sayəsində gözün ən çətin daxil olacaq yerlərini asanlıqla rəngləyə bilir.

Necə istifadə etmək: nazik xətlərdən başayaraq ehtiyac olduqda qalınlığa doğru get. Fırçanı göz qapaqlarına yavaşca sıxmaq kifayətdir, qalanını fırça özü edəcək!


GÖZ KÖLGƏSİ ÜÇÜN FIRÇA

Bu cür kist 2-i-1-də funksiyasına malikdir: bir tərəfdən yumru fırça və digər tərəfdən sponj. Bununla sən krem teksturlu, tozvari və digər göz kölgələrini istənilən üsulla çəkə bilərsən. Kompakt fırça göz nahiyyəsinin istənilən hissəsinə göz kölgəsini rahat çəkməyə və yaymağa imkan verəcək. Sponj göz uzluqlarına kölgələri daha səliqəli çəkməyə kömək edəcək. Tövsiyyə edirik: E02. 

Necə istifadə etmək: Kiçik fırça götürərək göz kölgəsindən istifadə et. Fırçanın köməkliyi ilə haylayteri asanlıqla qaşların altına çək. Sponj qələmin yaylması üçün qüsursuz uyğun gəlir.


YAYMAQ ÜÇÜN FIRÇA

Yumru formalı ucluğa malik qalın fırça göz kölgəsinin yaymağa, piqmentin çəkilməsinə, göz qapağınən konturlanması və rəngin yayılmasında istifadə oluna bilər. Bizim seçimimiz: E01.

Necə istifadə etmək: fırça göz makiyajını tamamlamaq üçün ideal uyğun gəlir. Sən bir rəngdən digərinə problemsiz keçə bilərsən.  

QAŞLAR VƏ KİRPİKLƏR ÜÇÜN DARAQ-FIRÇA

Fırçanın sərt tükləri asanlıqla itaətsiz tükləri darayaraq formaya salır və rəngi eyni bərabərlikdə bölür. Darayan-fırça isə kirpikləri uzadır. Tövsiyə edirik: E04.

Necə istifadə etmək: tuşu çəkdikdən sonra kirpiklərini kökdən ucluqlarına qədər səliqəli dara. İkinci tərəfini istifadə edərək qaşlarına piqment ver.

QAŞLAR ÜÇÜN KƏSİLMİŞ FIRÇA

Ucluqları kəsilmiş bərk fırça sənə qaşların formasını düzəltməyə kömək edəcək. Biz E03 modelini seçirik.

Necə istifadə etmək: həmişə tüklərin ən zərif olan hissələrində başla. Fırçanın toxunmasını qısa et. Bu sənə daha təbii forma və təbii rəngli qaşlara malik olmağa yardım edəcək.

 

 

Mətn: Şəkil: Nina Xolma