Tələm-tələsik: vaxta qənaət etmək üçün 5 üsul

Haradasa paralel aləmdə onlar yaşayırlar: səhər yoqa ilə məşğul olmağa, meditasiya etməyə və ideal səhər yeməyinin şəklini instagramda paylaşmağa vaxt tapan insanlar. Əslində bu göründüyündən daha asandır: biz səhər tezdən sürətlə yığışmağın üçün beş üsul təqdim edirik. Artıq səhər gimnastikasına vaxtın çatacaq!

1. GEYİMİNİ AXŞAMDAN HAZIRLA

Amiranə biznes ledi, romantik rəssam və ya qonşuluqdakı həyətdən qız - bu günki obrazını seçənədək paltar dolabının qarşısında vaxt itirirsən. Bir qayda olaraq sabahın geyimini axşamdan seçməyi məsləhət görürük.

2. 2si - 1də VASİTƏLƏRİNİ SEÇ

Tələsdiyin yerin əhəmiyyətindən asılı olmayaraq hər səhər dəriyə kompleks qulluğu isifadə etməyi özünə bir qayda et. Prosesi tezləşdirmək üçün çoxfunksiyalı vasitələri seç. Nümunə kimi NovAge təmizləyici gel-toniki tövsiyə edə bilərik. Onun NovAge təmizləyici gel və tonikin birgə istifadəsi ilə eyni dərəcədə effektiv olması kliniki tədqiqatlar əsasında sübut olunmuşdu. Ağıllı formulu sayəsində dərini incəliklə çirklənmələrdən təmizləyir, onun qoruyucu baryerini zədələmir, nəmləndirir və tonuslaşdırır, hopma qabiliyyətini yaxşılaşdıraraq dərini zərdabın və kremin çəkilməsinə hazırlayır. İndi dərinin təmizlənməsi və tonuslaşdırması üçün bir sadə addım yetərlidir! Məqalədə kompleks qulluğun birinci mərhələsi haqda məlumat alacaqsan.



3. SƏHƏR YEMƏYİNİ BURAXMA

Əl-üzünü yumayıb və paltarsız evdən çıxmaq çətindir, amma səhər yeməyini yeməsən bunu heç kim sezməz. Sən tez-tez səhər yeməyini yemədən evdən çıxırsanmı? Mətbəx mebelində wellness məhsullarına yer tap: faydalı və dadlı kokteyli bir neçə saniyəyə hazırlamaq olar, tərkibində çox zülal olan batonu isə yolüstü yeyə bilərsən.

4. TƏBİİ OL

Səhər tezdən Hollivud meykapı heç də yaxşı seçim deyil. Oxları eyni, dodaqların konturlarını düz etməyə çox vaxtın gedəcək. Makiyajsız makiyaj daha əlverişlidir. Əgər nyud sənə darıxdırıcı gəlirsə, bizim variantları yoxlaya bilərsən.


5. NƏSƏ İSTƏDİYİN KİMİ OLMASA, GÜLÜMSƏ

Sən oxları çəkdin və güzgünün qarşısında yarım saat keçirdin. Uzun müddət geyimini seçirdin. Həmin instagramda gördüyün səhər yeməyini hazırladın və indi tələsirsən. Təşvişə düşmə! Hərdən biz həqiqətən də özümüzə vaxt ayırmalıyıq və arzularımızın gerçəkləşməsinə səy göstərməliyik və bunları edərkən ailəmizə, dostlarımıza, iş yoldaşlarımıza vaxt ayırmadığımızı düşünməməliyik. Özün ilə təklikdə keçirdiyin bu anlardan həzz al və tam 100% öz həyatını yaşa!

Mətn: Şəkil: Yuliya Krasnova