S-beauty, ya da İsveçsayağı gözəllik

Gözəlliyə dair Skandinav yanaşmasına olan trend tədricən dünyanı ələ keçirir. Parlaq dəri, əla sağlamlıq, harmonik həyat tərzi və aşağı stres səviyyəsi – nordik gözəllərindən öyrənəcəyimiz çox şey var. Onların byuti sirlərini üzərində sına!

Dəriyə qulluq
Skandinav qızları 10 addımlı yorucu Koreya sistemini qəbul etmirlər. Funksionallıq və effektivlik onlar üçün prinsip məsələsidir. İstifadəsi asan, çox faydalı xüsusiyyətlərə və sübut olunmuş effektivliyə malik təbii inqrediyentlərə əsaslanmış az sayda məhsuldan ibarət kompleksli qulluğa üstünlük verirlər. NovAge dəstləri belə yanaşmanın klassik nümunəsidir. Gündə 2 dəfə cəmi 2 dəqiqə və dəri gözəllik və sağlamlıq üçün lazım olan hər şeyi alır.


Qidalanma və əlavələr
Zülal, lif, meyvələr, tərəvəzlər, faydalı yağlar və çoxlu su - Skandinaviyasayağı sağlam qidalanmanın düsturudur. Amma hətta ən balanslaşdırılmış pəhriz zamanı bütün lazımi vitamin və mineralları almaq çətindir. Skandinav qızları bunu bilirlər və bütün dəri qabıqla örtüldükdə, immunitet sistemi isə zəifləyəndə yox, hər gün əlavələr qəbul edirlər.


İdman

Gərgin cədvəldə idman zalı üçün vaxt tapmaq barədə beynimizi yorduğumuz vaxtda Skandinav qızları sadəcə aktivliyi gündəlik rejimə daxil edirlər. İşə getmək - velosipedlə, rəfiqələrlə görüş - kruasanla qəhvə arxasında yaxın kafedə yox, parkda. Nəticə - gümrahlıq, əla əhval-ruhiyyə, təbii ənlik. Və vaxtı keçmiş abonementə görə heç bir narahatçılıq yoxdur!


Balans
Qidalanma, fiziki aktivlik, dəriyə qulluq, makiyaj və daxili aləm Skandinav qadınlarında demək olar ki, ayrılmazdır. Onlar gözəlliyə dair kompleksli yanaşmaya əməl edirlər. Təmiz hava, sağlam pəhriz, aktivlik öz üzərində işləməyin nəticəsi deyil, gündəlik həyat tərzinin bir hissəsidir. Sağlam həyatt tərzi sprintləri sadə, amma gündəlik vərdişlərlə əvəz etməyə çalış - və nəticələrə təəccüblənməyə hazır ol.

Mətn: Şəkil: Oriflame