Analar üçün dəriyə qulluq bələdçisi

Sən hər şeyi bacarırsan. Karyera ilə məşğul olmaq, uşaqlarını böyütmək, dostların və yaxınlarınla görüşmək, ailənə vaxt ayırmaq. Bu siyahıya dərinə qulluğu əlavə etməyə kömək edəcəyik, çünki xoşbəxt ana özünə vaxt ayıra bilən anadır.

DƏRİYƏ QULLUQ VS MAKİYAJ

Çox zaman yuxu və balaca uşaqlar ziddiyətli anlayışlardır. Nə qədər az yatsaq, bir o qədər çox kortizol hasil olunur. Kortizol səviyyəsinin artması dəriyə mənfi təsir edir və aknelərin, kiçik şişlərin, qabıq vermənin, göz ətrafında tünd dairələrin yaranmasına gətirib çıxarır. İlk növbədə makiyaja deyil, dəriyə qulluğa fikir ver. Sağlam və qulluqlu dəri özü özlüyündə gözəldir. Mimik və dərin üz qırışlarının, göz ətrafında tünd dairələrin yaranmasının qarşısını almaq üçün nəmləndirici və qidalandırıcı xüsusiyyətlərə malik məhsulları seç. Buna hər gün səhər və axşam iki dəqiqə vaxt ayıraraq dərinin gözəlliyini və sağlamlığını qoruyub saxlayacaqsan. Makiyaj isə bu gözəlliyini vurğulayacaq.

GÜNƏŞDƏN MÜDAFİƏ VASİTƏSİ

Uşaqlarına günəşdən müdafiə vasitəsi olmadan günəşli bir yerə çıxmağa icazə vermirsən. Niyə də özün üçün bu qaydanı tətbiq etməyəsən? Hər zaman çantanda günəşdən müdaifə vasitəsi olsun və onu ehtiyac yarandıqca istifadə et. Günəş şüalarının təsirindən qorun, dəri tonunu düzəldən qulluq vasitələri, skrabları və pilinqləri istifadə et. Bu, dəri tonunun daha düz və bərabərrəngli olmasına imkan yaradacaq.

DƏRİYƏ QULLUĞU SEVDİYİN VƏRDİŞƏ ÇEVİR

Dəriyə kompleks qulluq səhər və axşam cəmi dörd dəqiqə vaxtını alacaq. Bunun çox olmadığına bizim ilə razılaşarsan. Təmizlənmə, tonuslaşdırma, gözətrafı dəriyə qulluq və əsas qulluq - hər gün, maskalar və skrablar - həftədə bir neçə dəfə. Qulluqlu və gözəl dərinin sirri bahalı kremlər və ani təsirdə deyil, daimi qulluqdadır. Səhər və axşam dərinə qulluqda keçirdiyin vaxt təkcə sənə məxsus olacaq. Özünü bu qulluqdan məhrum etmə.

SEÇİMİN KEYFİYYƏTLİ VASİTƏLƏR OLSUN

Belə bir deyim var: “Tez getmək istəyirsənsə, tək get. Uzaq getmək istəyirsənsə, birlikdə gedin”. Dərinin gözəlliyini, sağlamlığını və parlaqlığını keyfiyyətli məhsulların vasitəsilə qoru. Dəri tipinə və yaş xüsusiyyətlərinə uyğun vasitə tapmaq üçün vaxt sərf etməyinə ehtiyac qalmadı - biz artıq sənin əvəzinə bunu etdik. Seç

Mətn: Şəkil: Oriflame