TƏBİƏTƏ GÖZƏLLİK VƏ QAYĞI: 10 SİRR

Təbiətin qayğısına qalmaq istəyirsənsə, həyat tərzini tamamilə dəyişməlisən. Xüsusilə də dəb və gözəlliyi sevirsənsə. Biz sənə planetimizə zərər vurmada gözəl qalmağın sirlərini açıqlayacayıq!

1. SUYU BAĞLA
Suyun sənə lazım olmağı vaxtda suyu bağla. Məsələn dişlərini fırçalayan zaman iki dəqiqə ərzində suyu bağla. Bu suya qənaət etməyin ən yaxşı yoludur. 

2. ÇOX İSTİFADƏ OLUNUN SU QABLARINDAN İSTİFADƏ ET 
Məişət plastiki - ətraf ələmin və dünya okeanlarının çirklənməsinə səbəb olan ən böyük mənbələrdən biridir. Dünya üzrə hər saniyə bir neçə min plastik butulkaistifaə olunur və onların 20% yenidən emala göndərilir. Bir dənə yarım litirlik plastik butilkanın istehsalı üçün beş lirtə qədər su lazım olunur! Ona görə də mümkün olduğu qədər çox istifadə olunana su qablarına üstünlük verin. 

3. SALFETLƏRİ HARAGƏLDİ TÖKMƏ
Statistikaya görə planetiminiz dəniz sahillərində hər kilometrdə 35 -ə qədər salfet yerə atılıb. Əgər sən makiyajın silinməsi üçün salfetlərdən istifadə edirsənsə onu istifadədən sonra hara gəldi atma, xüsusən də unitaza!

4. QABLAŞDIRMAYA BAX 
Məhsulların təbii və ya orqanik mənşəli olduğunu ayırd etmək heç də asan deyil, lakin bunun üçün xüsusi standartlar və sertifikatlar mövcuddur. Əgər sən Ecocert sertifitatına layiq görülən məhsul alırsansa, əmin ol ki, bu məhsulların tərkibinin 95%-dən çoxu təbii inqredientlərdir. Həmçinin bilməyiniz vacibdir ki, məhsulların istehsalı davamlı inkişaf prinsipinə uyğun hazırlanıb və qablaşdırma ikinci dəfə emal oluna bilər. Bütün Ecocert ilə sertifikatlaşmış məhsulların üzərində xüsusi loqotip mövcuddur.  

5. MİKROQRANULDAN KƏNAR DUR 
Mikroqranullar - plastikin tərkibində olan, yalnız çox vaxt hamarlayıcı məhsulların tərkiblərində olan elementlərdir. Qel-skrabın tərkibində mikroqranul kimi o qədr plastik mövcud ola bilər ki, bir flakon hamarlayıcı vasitənin də tərkibində o qədər mövcüddur. Skrab alarkən ozların tərkibini yaxşıca oxu və yalnız bitki tərkibli skrablardan istifadə elə. 

6. GEYİMLƏRİNİN QEYDİNƏ QAL 
Bəzi geyimləri hər dəfə geyindikdən sonra yumaq lazım deyil. Məslən denim: istehsalçılar cinsi yalnız 5-6 dəfə geydikdən sonra yumağ tövsiyə edirlər - məhz formanın itirilməməsi üçün. Geyimləri yuduqda 60 dərəcədə deyil, 30 dərəcədə yu və "qurulama" rejimindən istifadə etmə.

7. YENİDƏN EMALI DÜŞÜN! 
Unutma ki, istifadə etdiyin hər şey - ətiri flakonları, kosmetika qabları, salfetlər, hətta tualet salfetinin daxilindəki vtulka yenidən emal oluna bilər!

 

8. XÜSUSİ BAZAR ERTƏSİ
Həftədə bir dəfə ətdən imtina etməklə planetə olduqca çox kömək edə bilərsən! Çünki 500 qram əti istehsal etmək üçün 9500 litrə qədər su sərf olunmalıdır. Biz sənə heç də vegetarian olmağa məcbur etmirik, yalnız həftədə bir dəfə ət yeməməklə ekologiya lazimi qədər çox xeyir verə bilərsən !

9. FAIRTRADE AL
Qablaşdırmanın üzərində olan Fairtrade sertifikatı o deməkdir ki, məhsulların istehsalı zamanı məhsullara real və ədalətli qiymət qoyulur. Məhsul alarkən məhz bu loqotiplə olan məhsulları seç!

10. LAZIM OLMAYANLA BÖLÜŞ 
Tətqiqatlar göstərmişdir ki, biz qarderobumuzdan olaan geyimlərin 30 %-dən çoxunu geyinmirik. Onları atma! Ehtiyacı olanlara və ya xeyirxahlıqla məşğul olan mağazalara ver. Sənə lazım olmayan əşya kiməsə lazım ola bilər, hətta kiminsə həyatını xilas edə bilər.














Mətn: Şəkil: Getty images