1. MAKİYAJ ÜÇÜN FIRÇA KOLLEKSİYANI TƏSVİR ET
a) Əsas səliqəlikdi: sənin nakiyaj fırçaların çox olmasa da onlar yüksək keyfiyyətlidirlər
b) Ekonom: sənin bir-neçə universal makiyak fırçaların olsa da vaxtaşırı makiyajı etməj üçün barmaqlardan istifadə edirsən
c) Geniş yayılmış variant: sənin kolleksiyana hətta professional vizajist belə həsəd apara bilər
d) Tam dəst: sənin sevimli tərzini yaratmaq üçün hər şeyin var
e) Başlanğıc səviyyə: sən ilk dəfə olaraq makiyaj fırçaları dəstini almısan.
2. SƏN MAKİYAJI TƏKRAR EDİRSƏN:
a) Gün ərzində bir neçə dəfə: sən qüsursuz görünmək istəyirsən
b) Arabir: sənin sevdiyin təbii makiyaj yenidən düzəlişə ehtiyac duymur
c) İmkan olduğu halda: əhval-ruhiyyənin yaxşı olduğu halda nahar vaxtı makiyajını və tərzini tamamilə dəyişə bilərsən
d) Heç vaxt: yalnız səhərlər makiyaj edirəm
e) Dərslərdən sonra: dodaq üçün parıltı və dırnaq boyası
3. SƏHƏRLƏR MAKİYAJINA NƏ QƏDƏR VAXT AYIRIRSAN?
a) 10 dəqiqə: sən artıq bu prosesi mükəmməlləşdirdiyin üçün ona az vaxt ayırırsan
b) Bilmirəm. 2 dəqiqə? 5 dəqiqə?
c) Sən makiyajı saatlarla edə bilərsən, lakin işə gecikirsən
d) 10 dəqiqədən az, lakin nəticə bütün günü stabil qalır!
e) 15 dəqiqə: sən makiyajdan təzəlikcə istifadə edirsən
4. MAKİYAJA AİD OLAN HƏR ŞEYDƏ SƏN ÖZÜNÜ NECƏ SAYIRSAN
a) Təcrübəli professional kimi
b) Həvəskar, illərin təcrübəsinə baxmayaraq
c) Makiyaj olimpiya idman növü olsaydı, sən çempion olardın
d) Çoxməqsədliliyi təcəssüm edən: sən makiyajı elektron ünvanını yoxladıqda, seriala baxdıqda, kofe süzdükdə və s. hallarda edə bilərsən
e) Yeni başlayan, lakin perspektivli
5. YENİ TƏRZLƏRİN YARADILMASINDA İLHAM MƏNBƏYİNİ NƏDƏ TAPIRSAN?
a) Dəb jurnallarında
b) Dostlarla ünsiyyətdə
c) Bloqlarda, Youtube-da, jurnallarda, məhşurların instaqramlarında - demək olar ki, hər yerdə!
d) İlham almaq? Buna vaxt yoxdur!
e) Youtube-da – sən bütün məhşur videobloqerlərə abunəsən
6. SƏNİN SEVİMLİ TRENDİN…
a) Trendlər səni o qədər də maraqlandırmır, sən – daimi klassika həvəskarsan
b) Bir qədər tuş, bir qədər kirşan - bu trend necə adlanır?
c) Demək belə, nədən başlayaq… Parıltılı göz kölgələri, qüsursuz, səliqəli qaşlar, strobinq…
d) Konturlaşma – ofis makiyajını gecə makiyajına çevirməyin asan yolu
e) Dodaqlar üçün əlvan parıltı və qeyri-adi manikür
7. SƏN ONSUZ YAŞAMAĞI TƏSƏVVÜR EDƏ BİLMİRSƏN…
a) Qırmızı dodaq boyası
b) Yüngül tuş
c) Öz kosmetika çantam. Orada hər şey var
d) Əsaslar
e) Göz kölgələri üçün yeni çalarlar!
SƏNDƏ DAHA ÇOX «А» CAVABIDIR
Giordani Gold
Səni əhatə edən hər şeydə bir qədər dəbdəbə olmalıdır. Sənin müəllif mətbəxi, dizayner geyimi, klassik çalarlar xoşuna gəlir. Giordani Gold – dekorativ kosmetika kolleksiyasıdır. Bu kosmetika xüsusi olaraq hazırlanmışdır. Çünki kosmetika ilk növbədə insana həzz verməlidir.
SƏNDƏ DAHA ÇOX «B» CAVABIDIR
Featherlight
Sən təbii makiyajın yenidın podiumlara qayıdışına sevinirsən. Çünki, makiyaj təbii gözəlliyi vurğulamalı və çəkilmədə çətin olmalı deyil. Featherlight kosmetikası seriyası – dıriyə mükəmməl yayılan yüngül teksturdur.
SƏNDƏ DAHA ÇOX «C» CAVABIDIR
The One Ekstravurğulayıcı
Əsas makiyaj qaydası: çalrlar əlvan olmalıdır! Sənin kolleksiyanda müxtəlif teksturlar: donuq, lak, kremli, tozvari – əgər bu məhsul trenddədirsə, o sənin kosmetik çantanda olmalıdır. Bütün bu möcüzələr The ONE seriyasında mövcüddur!
SƏNDƏ DAHA ÇOX «D» CAVABIDIR
The One Meqaqalıcılıq
Sən həçmişə hərəkətdəsən. Ona görə də sənə xüsusilə sənin kimi aktov insanlar üçün nəzərdə tutulmuş super qalıcı The ONE kosmetikası lazımdır. Bu məhsullar nəinki qalıcıdırlar (məsələn, tuş 25 saat ərzində qalır), həmçinin оnlar axmır və yayılmırlar.
SƏNDƏ DAHA ÇOX «E» CAVABIDIR
Very Me
Sən makiyajda ilk addımlarını atırsan, ilk rəng çalarları ilə eksperimentlər aparırsan. Vaxt keçdikcə sən öz tərzini taparaq müxtəlif vasitələrdən istifadə edə biləcəksən. Very Me seriyası – eksperimentlər üçün əla seçimdir. Bu kosmetikanın müxtəlif teksturlu seçimləri sənə yeni tərzlər yaratmağa kömək edəcək.