Byuti-arsenal: yay yoxlaması

İsti havalarda səhərdən axşamadək ideal görünən davamlı makiyaja ehtiyac olur. Yay fəsli üçün kosmetika çantanın hazırlanmasına dair məsləhətlərimizi oxu.

AZ DAHA YAXŞIDIR
Dolğun makiyajı unut. "Daha az daha yaxşıdır" qaydası  yayda dəriyə qulluq üçün idealdır. Qulluq prosedurlarını yüksək SPF dərəcəsinə malik nəmləndirici kremdən başla. Formulu nə qədər dolğun olsa, üzündə bir o qədər çox parıltı olacaq, buna görə də yay üçün daha yüngül teksturaları seç.   

ƏSAS QAYDA 
İdeal makiyaj üçün ideal əsas lazımdır. Genişlənmiş məsamnələri gizlətmək, tonu bərabərləşdirmək və dərini makiyaja hazırlamaq üçün (onun qəfildən axmasını istəmirsən. düzdü?!) üz və gözətrafı nahiyəyə korrektor çək.  

BB KREM
Yayda dərimiz qaralır (ümid edirik ki, sən hətta buludlu günlərdə günəşdən müdafiə vasitələrini unutmursan) və qüsurları gizlətmək üçün daha az tonal vasitələrə ehtiyacımız olur. Buna görə də tonal əsası BB-krem ilə əvəz etməyi tövsiyə edirik: yüngül formula dərini zərif parıltı ilə təmin edəcək. Ağır və dolğun kremləri isə qışa saxla. 

 

DAVAMLILIQ
Tərdən müdafiə. Yayılmadan müdafiə. Rütubətdən müdafiə. Bütün bunlar yüksək temperaturda xüsusilə lazımdır. Ətrafdakıları "panda gözləri" ilə qorxutmamaq üçün suyadavamlı tuş və maye göz qələmindən istifadə et.  

 

“Yüngül tekstura və tərkiblər sənin dərini yüngül yay parıltısı ilə təmin edəcək”

 

DONUQLAŞDIRICI SALFETLƏR
Artıq parıltıdan canını qurtarmaq üçün kirşandan istifadə edirsən? Bir daha düşün. Rütubətli isi gündə kirşan sənin üzündə un kimi bərkiyə bilər. Onun əvəzinə kosmetika çantana donuqlaşdırıcı salfet qoy.  

 

PARILTINI VURĞULA
Quru əsas üzərində kirşan, göz kölgələri və ənlik kimi vasitələr sürüşür və günün axırında çox da gözəl görünmür. Buna görə də yay kremli formullara üstünlük ver, onlar gündən qaralmış dərini mükəmməl şəkildə vurğulayacaq. Biz qaşların altı, almacıqlar, körpücük sümüyü və çiyinlərin dərisinə zərif parıltı vermək üçün krem göz kölgələrindən istifadə etməyi çox xoşlayırıq.

Mətn: Şəkil: Oriflame