Məzuniyyət günləri: istirahət üçün kosmetika seçirik

Səyahət — mükəmməldir. Lakin daimi səyahətlər zamanı üz dərisinə qulluq etmək olduqca çətindir. Bir neçə məsləhət məzuniyyətinizin nəinki maraqlı, hətta gözəl keçməyinə kömək edəcək.

1. DƏRİNƏ HƏR YERDƏ VƏ HƏMİŞƏ QULLUQ ET

Hətta səyahətdə olduğun vaxt belə yaxşı vərdişlərdən imtina etmə. Əlbəttə, üzə qulluq vasitələrinin tam qablaşdırılması vəziyyəti olduqca çətinləşdirə bilər, xüsusi ilə də səyahətə yalnız əl yükü aparırsansa. Lakin çox yaxşı həll yolu var. 10 ml-lik nümunələr və ya ya mini dəstlərdən istifadə etmək. Kiçik qablaşdırılmalarda olan krem və zərdablar həm çantanızda çox yet tutmayacaq, həm də bütün səyahət boyu sizin dərinizə qulluq etməyə kömək edəcək. Dərinin təmizlənməsinə qaldıqda isə hər şey çox sadədir. Təmizləyici vasitələrini (gel, tonik və ya təmizləyici südü) travel-formatlı (50 ml) plastik qablara tök. 

2.  SEVİMLİ UNİVERSAL VASİTƏNİ ÖZÜNLƏ GÖTÜR 

Quru dəri, dodaqlar və bədən istifadə vasitələri müxtəlif olsa da cavab yeganədir: multibalzam. Məsələn, əfsanəvi “zərif qulluq” vasitəsi. Bu kiçik ölçülü qab (15 ml) dərini harda olmağından təyyarədə, çimərlikdə, hotel nömrəsində asılı olmayaraq nəmləndirməyə kömək edəcək.  

3. ÖZÜNÜ ƏZİZLƏ

Yəqin ki, bizimlə razılaşarsan ki, təyyarədən sonra dəri heç də qənaətbəxş görünmür. Yorğun dərini normal həyata qaytarmaq üçün, uçuşdan dərhal sonra maska et. Məsələn (balqabaq maskası), o dərini nəmləndirərək parlaqlıq verir. Gel maska isə yorğun dərini cəmi on dəqiqə ərzində nəmləndirə bilər.

4. QIRMIZI GÖZLƏRƏ SON
Gecə uçuşlarında çətin ki yatmaq mümkün olsun. Yəqin ki, əksinə — dəri də, gözlər də heç də yaxşı görünməyəcək: mimik qırışlar,  gözaltı tünd torbacıqlar, həmçinin partlamış kapilyarlar. Baxışlara dərhal təravətli görünüş vermək üçün uçuşdan bir həftə əvvəl sevimli kremini və ya nümunəsini hazırla. Kremdən elə uçuş zamanı istifadə et. Sərin gözlərinizi sakitləşdirəcək və qızartını aradan qaldıracaq. 

Mətn: Şəkil: Getty Images