Ev şəraitində həndəsi manikür yaradırıq

Həndəsi fiqurlar, düz xətlər, kobud kontraslar — bu cür maniküru sevirsən, yalnız onu etməkdə çətinlik çəkirsən. Əslində bu heç də çətin deyil. Özünü altı sadə addımla sevindir.

1. DİZAYNI ƏVVƏLCƏDƏN DÜŞÜN
Bu addımın birinci olmağı səbəbsiz deyil: planı əvvəlcədən qurmaq tapşırığı daha tez yerinə yetirməyə kömək edəcək. İnternetdən nümunələr tap, bəyəndiklərini kəs, daha sonra addımları düşün — bu çətin deyil — və bir neçə videodərsə bax. Əminik ki, belə sən öz sevimli şəklini daha tez tapacaqsan. 

2. KEYFİYYƏTLİ DIRNAQ BOYASI AL
Manikürun keyfiyyəti birbaşa olaraq dırnaq boyasının keyfiyyətindən asılıdır. Rəngin yüksək qalıcılığı olan dırnaq boyalarına aldanma. Biz The ONE davamlı dırnaq boyasını tövsiyə edirik. 

3. FIRÇANIN TÜKLƏRİNİ KƏS 
Həcimli fırça dırnaq boyasının dırnaqlara eyni çəkməyə imkan verir. Lakin xüsusi manikürlar — fiqurlar, şəkillər, kontras xətlər və.s etmək istəyirsənsə — böyük olmayan fırça lazımdı. Yəqinki sənin içində dırnaq boyasl bitən çoxlu flakonun var. Köhnə və qurumuş dırnaq boyası flakonunu asetonun köməkliyi ilə təmizlə, fırçanın tüklərini lazımi formada qayçı ilə kəs və istifadə et.

4. HƏNDƏSİ FORMALAR YARATMAQ ÜÇÜN LENT VƏ YA KİSTDƏN İSTİFADƏ ET
Biz hamımız rəssamıq — bu artıq aydındır. Lakin dırnaqlara bəzək çəkmək hamıda alınmır. İdeyalarının boşa çıxmaması üçün trafaretlərdən, lentlərdən və ya skotçdan istifadə et. Onlar sənə milyonn həndəsi fiquru asanlıqla çəkməyə kömək edəcək. Ucluqlarını kəs və ya qayçı ilə forma ver. Rodçenko, Kandinskiy və Lisiskinin şəkillərindən ilhamlan. 

5. ARTIQLARI SİL
Dırnaq boyasının silinməsi üçün vasitəni boş yerə icad etməyiblər. Ondan istifadə edərək dırnaq kənarlarını və dərini artıq dırnaq boyasından təmizlə. Asanlıq üçün pambıq disklərdən və ya qulaq çöplərindən istifadə  et. Bu vasitələr sənin səliqəli manikürunu səliqəsiz kənarlardan xilas edəcək.

6. MÜDAFİƏ QATI ÇƏK
Bu addımı hamı unudur. Ona görə də hamı kimi olma. Müdafiəedici qat — həndəsi manikürun sonuncu,  lakin ən vacib addımdır. O həqiqətən fıqurların yayılmasından müdafiə edir və maniküru daha uzun müddətli qalmasına kömək edəcək. 

Mətn: Şəkil: Oriflame