Qorxusu yoxdur: bütün qadınlara məlum olan 7 byüti-problem

Hər birimizin həyatında elə gönlər olur ki, nə qədər gözəl görünmək istəməyimizə baxmayaraq nəsə mane olur. Təlaşa düşmədən situasiyadan çıxış yolunu başa salacayıq.

1. QƏFİL SIZANAQ
Səhər yuxudan durursan və güzgüyə baxdıqda onu — Dünyanın ən böyük sızanağını görürsən. Ən pisi də üzdə digər xırda sızanaqların çıxmasıdır. Bu halda sən 13 yaşlı yeniyetməyə bənzəyirsən. Möcüzəli olaraq bu hadisə məhz gecə baş verdi. Bəs sehrli cubuq hardadır? 

2. SİLİNMİŞ DODAQ BOYASI
Hamımız parlaq dodaq boyalarını sevirik, lakin dodaqda qalan izlər? Hər halda olmasını istəmərik. Gün ərzində mütəmadi olaraq dodaq boyasının silinib silinməməsini yoxlamaq elə də vacib iş deyil. Əgər iş saatları bir göz qırpımında keçirsə və güzgünü ələ götürməyə belə vaxtın yoxdursa, məyus olma. Artıq nahar vaxtı hamının sənə belə təəccüblü baxmasının sirrini bilirsən. 

3. YAPIŞQAN DODAQ PARILTISI
Dodaq parıltısı qış aylarına yay əhval-ruhiyyəsi artırmaq istəyənlər üçün əla həldir. Amma sən külək, çovqun  və ya kondisioneri nəzərə almamısan. Yəqin ki, bu problem sənin üçün tanışdır: yapışqan dodaq parıltısı və uzun saçlar. Tanış gəldi? Lakin həll yolu var: dodaqlarına parıltıdan sonra kirşan vur. Bu həqiqətən kömək etməlidir. 

4. KOLQOTKADA İLMƏ
Gün ideal olmalıdır. Sən səhər tezdən hər bir şeyi çatdırmısan: səhər yeməyi, makiyaj, hətta saç düzümünü çatdırmısan. Ancaq nazik kolqotkanı geyinmək qalıb. Lakin bir anda o bezdirici ilməni görürsən. Bu... sonuncu... kolqotka idi...Artıq evdən çıxmalısan. Əgər ilməni dırnaqlar üçün donuq boya ilə saxlaya bilsən, əla olar. Bəs saxlaya bilməsən?uzunkardiqan, nahar vaxtı mağazaya getmək və geyim seçiminı görə işə gecikmə. Özünü yorma. Ən əla çıxış yolu, işdə özündə bir cüt kolqotka saxlamaqdır. Hər şey olabilər!

5. MANİKÜR
Telefona elə cavab verirsən ki, düyməcikləri qopur. Həyəcanlandıqda dırnaqlarını yeyirsən. Rəssamlıqla məşğul olursan və işə getdikdə dırnaqlarında rəngləri silə bilmirsən. Həmçinin yeni makiyaj etməyə vaxtın yoxdur. Onda dırnaqlarından dırnaq boyasını sil və minimalizmə əməl et.

6. DÜZGÜN OLMAYAN DÖNMƏ
İki makiyaj videosuna baxdın, makiyaj üçün lazımi fırçalar aldın və konturlama texnikasını sınamaq istədin? Amma bu sənin gözlədiyindən daha çətin oldu. Sən almacıq sümüklərini artıq dördüncü dəfə vurğulamaq istədikdə, yanaqların artıq Maşa Rasputinanın yanaqlarına bənzəyir. Lakin makiyaj videolarında bu çəx asan görünürdü. Elə isə bir fincan çay iç və təlimatlı videomuza bax.

7. QƏRİBƏ SMOKİ
Əyri xətlər dedikdə, bəzən çəkdiyin qeyri-bərabər göz oxları yada düşür. Və yaxud üç müxtəlif rəngli göz kölgəsindən istifadə etmək smoki aysdansa aydın olmayan kölgəyə bənzəyir. Həmçinin tuş çəkən zaman asqırmaq. Bunların hamısını necə izah etmək olar? Nəyə görə alimlər indiyənə qədər bu məsələləri aydınlaşdırmırlar? Gəlin həqiqətin gözünün içinə baxaq: bəzən təbii makiyaj və ya tam makiyajsız olmaq daha yaxşıdır. Çünki gözəllik — daxili və xarici aləmin harmoniyasır.

Mətn: Şəkil: Getty Images