Ayaqlara spa-qulluq

Ayaqlarının səni yorulmadan dünyaya aparmaları üçün və istənilən ayaqqabıda (və ya ayaqqabısız) gözəl görünmələri üçün, onlara hörmətlə yanaş. Məsələn, onları spa-ya apar. Və ya öz evində spa təşkil et!

ADDIM 1: DƏRİNİ TƏMİZLƏ VƏ KOBUDLAŞMIŞ HİSSƏLƏRİ ÇIXAR
Əvvəlcə duş qəbul et, sonra özünü böyük bir dəsmal ilə sarı, qaba isti su tök, ayaqlarını aşağı sal və özünə 5-10 dəqiqə istirahət etməyə icazə ver. Daha yaxşı effekt üçün musiqini qoy, ətirli şamlar yandır və ya sevdiyin kitabı götür (telefonu isə otaqda saxla: axı bu spa-dır!). Bitirdikdən sonra, ayaqlarının dərisini cilalama bıçqısı ilə  təmizləməyə başla. Metal tərəfi kobudlaşmış dərini, döyənəklər və qabarları çıxarır, sumbata tərəfi dərini hamarlaşdırır və cilalayır. Daban nahiyəsinə və ayağın baş barmağın altındakı hissəsinə xüsusi diqqət yetir, ən çox onlar burada əməl gəlirlər.

ADDIM 2: SKRAB SÜRT
Ayağın səthi hamar olan kimi qabıqlı dərini çıxarmaq üçün skrab sürt. Bir dəqiqə ərzində ayaqlarını masaj et, sonra skrabın qalıqlarını nəm dəsmalla təmizlə.

ADDIM 3: PEDİKÜR ET
Demək asandır! Ciddi olaraq, təlimatı al: dırnaqları dırnaqkəsən ilə düzgün şəkildə kəs, çox qısa yox ki, 1-2 mm qalsın və küncləri kəsmə. Küncləri daha yumru etmək üçün dırnaqları bıçqı ilə düzəlt. Rahatlıq üçün pedikür üçün bölücülərdən istifadə et. Rəngli dırnaq boyası çəkməzdən əvvəl həmişə baza çək. Beləliklə, rəngli dırnaq boyası dırnaq qatını boyamayacaq, rəng daha uzun müddət qalacaq və dırnaq boyası təmizləyici vasitə ilə asanlıqla çıxarılacaq.

ADDIM 4: KUTİKULANI DÜZƏLT

Yəqin ki, bu, spa qulluğunun ən meditativ hissəsidir. Sevdiyin filmi və ya podkastını hələ yandırmamısansa, bunu et. Həm fayda, həm də gözəllik. Sonra serumu götür və hər dırnağa bir-iki damcı tətbiq et Məhsul quruyana qədər 1-2 dəqiqə gözlə, sonra manikür üçün taxta  çubuğu götür və kutikulanı dırnağın başına yaxınlaşdır. Dırnaqkəsənlə kobudlaşmış dərini çıxart, amma çox diqqətli hərəkət et. Lazım olduğundan çox kutikula kəsərsənsə, kəsiklər və ya hətta infeksiyanın yaranması riski var.
ADDIM 5: NƏMLƏNDİRİCİ VASİTƏ İSTİFADƏ ET

Gündə nə qədər vaxt ayaqqabı geyinirsən? Ən azı 8-10 saat. Bura corabları da əlavə edək - ayaqların sanki ömrün yarısı müddətində bağlı qalır. Nəticə: quru və kobudlaşmış dəri, kutikula problemləri, qabarlar və sürtünmələr. Biz onları bir neçə addım əvvəl həll etdik, amma bunların artıq bir daha görünməmələri üçün xüsusi qulluq vasitələrindən istifadə etməyi vərdiş et. Məsələn, sürtünmələr və qabarları üçün serum yumşaldıcı Feet Up Advanced serumu. İlk tətbiqdən sonra dərini əhəmiyyətli dərəcədə yumşaldır, bir həftə ərzində - sürtünmələri və qabarları yox edir. Serumun tərkibində dərini qorumaq və qulluq etmək üçün çay ağacı yağı, salisilik turşusu və bir sıra minerallar var.



ADDIM 6: AKSESUARLARDAN İSTİFADƏ ET
Tez-tez dik daban ayaqqabıların üstündə gəzirsən? Daban və ya ayaqqabıların arxası üçün gel yastıqcıqlar, günün sonunda ağırlığın və narahatlığın çıxarılması üçün isə gel istifadə et.

ADDIM 7: HƏYATINI SADƏLƏŞDİR
Orta hesabla bir ömür ərzində biz təxminən dörd yüz min kilometr yol gedirik
. Bu çoxdur. Və bu yol heç də həmişə asan olmur. Özünə qulluq et. Ayaqlarına qulluq üçün vaxt ayır. Düzdabanlılığın varsa, xüsusi stelkalar tax. Vaxtında həkimə get. Ümumi duşlarda, hamamlarda və ya saunalarda, hovuzda və ya spa-salonda ayaqyalın gəzmə. Ayaq ölçünə, dolğunluğuna və dərinliyinə uyğun keyfiyyətli ayaqqabı seç. Bu sadə qaydalar yol gedərkən başını düz tutmağa və hər addımından zövq almağa kömək edəcək.

Mətn: Şəkil: Oriflame