Evdə peşəkar manikür

Bu mövsüm dırnaqlar diqqət mərkəzindədir. Yaxşı manikür üslubunu vurğulamağın, ona fərdilik əlavə etməyin ən sadə yoludur və onu evdən çıxmayaraq etmək olar.

BAŞLANĞIC

Dırnaqları ilk növbədə köhnə dırnaq boyasından təmizləmək lazımdır. Çətinliyin varsa, tövsiyəni oxu: dırnaqların üçün qida sodası və ya alkazeltser həbindən ibarət isti vanna hazırla. 

İDEAL UZUNLUQ

Knipserin köməyilə dırnaqlarını qısalt və bıçqı ilə onlara forma ver. Yadda saxla ki, dırnaqların laylanması və qaraquşların yaranmasının qarşısını almaq üçün bıçqı ilə yalnız bir istiqamətdə işləmək lazımdır. Dırnaqların ideal uzunluğu - barmaqların qurtaracaqlarıdır. 

BUNU ETMƏ!

Dırnaq boyası çəkməzdən əvvəl dırnaqlarını islatmaq lazım deyil. Dırnaqlarını uzun müddət mayedə saxlamaq dırnaq sahəsini böyüdür, beləliklə, dırnaq boyası çəkdikdən sonra o yığılacaq və örtük çatlayacaq. 

KUTİKULAYA QULLUQ

Kutikula dırnağın canlı hissəsidir, ona görə də ona qulluq xüsusilə ehtiyatlı olmalıdır. Kutikulanı xüsusi alət ilə itələ. Nəmləndirmə üçün balzam çəkməzdən əvvəl skrab vasitəsilə kutikula nahiyəsini təmizlə. 

MÜKƏMMƏL

Dırnaqlarının üzərini tam hamar olanadək cilala. Onların üzərində nahamarlıq olduqda, orada hava yığılır və dırnaq boyası tezliklə çatlayacaq. 

ƏSAS TEXNİKA

Əsas qatı və ya dırnaqları möhkəmləndirmək üçün vasitə çək – bu rəng üçün əsas olacaq. Dırnaqların quruduqda onların üzərinə nazik qat ağ dırnaq boyası çək - bu rəngin daha parlaq görünməsi üçün lazımdır. 

Çəkməzdən əvvəl dırnaq boyasının flakonunu çalxalama. Hava qabarcıqlarını yox etmək üçün flakonu ovucların arasında diyirlətmək kifayətdir. 

İki qat dırnaq boyası çək, hər bir dırnağa maksimum üç ştrix. Quruduqdan sonra parlaq effekt üçün şəffaf parlaq örtük çək.  

Mətn: Şəkil: Oriflame marketing team